Doğru yoldasan

photo

Təhsil

Biz orta təhsil və ali təhsil sahəsində mütəmadi olaraq dəstək layihələri həyata keçiririk. Fənn Olimpiadaları artıq uzun illərdir ki, Kapital Bankın sponsorluğu ilə həyata keçirilir və biz bu istiqamətdə Elm və Təhsil Nazirliyi ilə fəal əməkdaşlıq edirik. Biz potensial kadrların yetişdirilməsi imkanlarını nəzərə alaraq ali məktəblərə ilbəil artan dəstək göstəririk. Belə ki, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Ali Neft Məktəbi, Gəncə Dövlət Universiteti, ADA Universiteti ilə əməkdaşlıq memorandumlarımız mövcuddur. Azərbaycan Dövlət İqtisad universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Kapital Bank otaqları fəaliyyət göstərir. Tələbələr və məzunlar üçün həm istehsalat, həm də işə qəbul məqsədli təcrübə proqramlarımız mövcuddur. Bu proqramlarda gənclər öz ixtisaslarına uyğun olaraq bankımızın müxtəlif strukturlarında təcrübə keçərək bacarıqlarını artırırlar. Bankımızdakı əksər təcrübə proqramları öz məzunlarını işlə təmin etmək məqsədini daşıyır. Birbank tələbə təqaüd proqramı Kapital Bank tərəfindən 2023-cü ildən etibarən başlamış geniş məqsədli yeni proqramdır. Proqram çərçivəsində ölkəmizin müxtəlif ali məktəblərində müxtəlif ixtisaslarda təhsil alan 15 tələbə aylıq 300 AZN təqaüd əldə edəcək və bankda təlim və təcrübə proqramlarına cəlb ediləcəkdir.

photo
photo
photo
photo
photo
photo