Doğru yoldasan

team

Kapital Bankda işləmək

Kapital Bankda işləmək – dinamika və inkişaf deməkdir. Burada işləyərkən bu anlayışların hər biri sizin gündəlik iş həyatınızın ən asan təsviri olacaq. Gənclik ruhumuzda, təcrübə isə fəaliyyətimizdədir. Ofislərimizdən daim müzakirə səsləri gəlir. Bu müzakirələrin mövzuları müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün daha üstün məhsullar hazırlamaq və əməkdaşlarımız üçün hər gün daha yaxşı iş şərait yaratmağın yollarını axtarmaqdır. İşimiz nə qədər çox olsa da və nə qədər məşğul olsaq da, iş yerində siz hər zaman təbəssüm görəcəksiniz.

arrow-down

Bizim nailiyyətlərimiz

Biz öz təkmil proseslərimiz, mədəniyyətimiz, yaradıcılığı və inkişafı təmin və təşviq edən iş mühitimizə görə bir sıra beynəlxalq mükafatlar qazanmışıq.

“Great Place To Work” – “Mükəmməl iş yeri” mükafatı

Kapital Bank Azərbaycanda ilk dəfə olaraq banklar arasında “Great Place To Work” mükafatını qazanmışdır. Bu mükafat bizə əməkdaşlarımız üçün yaratdığımız mükəmməl iş mühiti və geniş çeşidli inkişaf imkanlarına görə təqdim edilmişdir.

Employer Brand Stars

Bankımız işəgötürən imicini qoruyan və yüksəldən bir təşkilat olaraq Employer Brand Institute tərəfindən “Employer Brand Stars” mükafatını qazanmışdır.

ACCA Approved Employer

Bankımız maliyyə və mühasibatlıq sahəsində mütəxəssislərin yetişdirilməsi və inkişafına verdiyi dəstəyə görə ACCA beynəlxalq təşkilatı tərəfindən “Approved Employer” statusu əldə etmişdir.

“Great Place To Work” – “Mükəmməl iş yeri” mükafatı

Kapital Bank Azərbaycanda ilk dəfə olaraq banklar arasında “Great Place To Work” mükafatını qazanmışdır. Bu mükafat bizə əməkdaşlarımız üçün yaratdığımız mükəmməl iş mühiti və geniş çeşidli inkişaf imkanlarına görə təqdim edilmişdir.

circle
Employer Brand Stars

Bankımız işəgötürən imicini qoruyan və yüksəldən bir təşkilat olaraq Employer Brand Institute tərəfindən “Employer Brand Stars” mükafatını qazanmışdır.

circle
ACCA Approved Employer

Bankımız maliyyə və mühasibatlıq sahəsində mütəxəssislərin yetişdirilməsi və inkişafına verdiyi dəstəyə görə ACCA beynəlxalq təşkilatı tərəfindən “Approved Employer” statusu əldə etmişdir.

circle

Güzəşt və imtiyazlar

Əlbəttə ki, əməkdaşlarımızın həm maddi, həm də mənəvi motivasiyasını daim təmin edirik. Hər bir əməkdaşımızın güzəşt və imtiyazları var. Təlimlərdən tutmuş əyləncə tədbirlərinə qədər, məzuniyyətdən tutmuş xüsusi siğorta paketlərinə qədər onlarla güzəşt və imtiyaz əməkdaşlarımız üçün düşünüb, tədbiq etmişik. Daha ətraflı məlumat üçün aşağıdakı başlıqlara nəzər sala bilərsən

circle
Korporativ endirimlər

Kapital Bank Paşa qrupa daxil olduğu üçün əməkdaşlara Dəyərlisən tətbiqi vasitəsinə qoşulmaq imkanı verilir. Tətbiqdə müxtəlif sahələr üzrə müxtəlif müəssisələrdə, 5%-25% kimi endirimlər təklif olunur. Bundan əlavə, əməkdaşlarımız bankımızın tərəfdaşlıq etdiyi bir çox şirkətin də təklif etdiyi endirimlərdən yararlana bilərlər.

circle
Əməkdaşlar üçün tibbi sığorta

Əməkdaşlarımız Paşa Sığorta ilə müxtəlif paketlər üzrə sığortalanır. Bu sığorta məbləğinin dəyəri 25 000 AZN-dək çatır

circle
Korporativ tədbirlər

Biz müxtəlif tədbirlər həyata keçiririk. Tədbirlər öyrənmə, inkişaf və əyləncə xarakteri daşıyır. Tədbirlər tam olaraq bankımız tərəfindən maliyyələşdirilir.

circle
Komanda Quruculuq tədbirləri

Əməkdaşlarımız üçün illik 1 dəfə əyləncə xarakterli komanda quruculuğu tədbiri təşkil edirik.

circle
Əlavə məzuniyyət

Azərbaycan qanunvericiliyinə əsasən əməkdaşlara əlavə məzunniyətlər təqdim olunur. Bundan başqa bankımızda yaxın şəxsin vəfatı ilə bağlı məzuniyyət, Atalıq Məzuniyyəti və s. məzuniyyətlər verilir.

circle
Sərbəst geyim tərzi

Əməkdaşlarımız iş mühitində özlərini daha rahat hiss etdikləri geyim tərzlərinə üstünlük verirlər.

circle
Premium əmək haqqı kartı

Bu kart əməkdaşlarımıza 2-30% keşbek, “Əlavə keşbek” kateqoriyası, 2 QAT ƏDV, qalığa illik 6% gəlir, Visa Concierge xidməti, pulsuz lounge key xidməti, bütün yerli bank ATM-lərində pulsuz nağlaşdırma və kart balansına komissiyasız mədaxil kimi imkanları tanıyır.

Sosial məsuliyyət layihələri

Kapital Bank cəmiyyət qarşısında sosial məsuliyyət bir sıra istiqamətlərdə davamlı layihələr həyata keçirməklə yerinə yetirir.

Təhsil

Biz orta təhsil və ali təhsil sahəsində mütəmadi olaraq dəstək layihələri həyata keçiririk. Fənn Olimpiadaları artıq uzun illərdir ki, Kapital Bankın sponsorluğu ilə həyata keçirilir və biz bu istiqamətdə Elm və Təhsil Nazirliyi ilə fəal əməkdaşlıq edirik. Biz potensial kadrların yetişdirilməsi imkanlarını nəzərə alaraq ali məktəblərə ilbəil artan dəstək göstəririk. Belə ki, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Ali Neft Məktəbi, Gəncə Dövlət Universiteti, ADA Universiteti ilə əməkdaşlıq memorandumlarımız mövcuddur. Azərbaycan Dövlət İqtisad universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Kapital Bank otaqları fəaliyyət göstərir. Tələbələr və məzunlar üçün həm istehsalat, həm də işə qəbul məqsədli təcrübə proqramlarımız mövcuddur. Bu proqramlarda gənclər öz ixtisaslarına uyğun olaraq bankımızın müxtəlif strukturlarında təcrübə keçərək bacarıqlarını artırırlar. Bankımızdakı əksər təcrübə proqramları öz məzunlarını işlə təmin etmək məqsədini daşıyır. Birbank tələbə təqaüd proqramı Kapital Bank tərəfindən 2023-cü ildən etibarən başlamış geniş məqsədli yeni proqramdır. Proqram çərçivəsində ölkəmizin müxtəlif ali məktəblərində müxtəlif ixtisaslarda təhsil alan 15 tələbə aylıq 300 AZN təqaüd əldə edəcək və bankda təlim və təcrübə proqramlarına cəlb ediləcəkdir.

“Qırmızı ürəklər” fondu

“Qırmızı ürəklər” fondu Kapital Bankın bir sıra əməkdaşlarının təşəbbüsü ilə 2020-ci ildə yaradılmışdır. Fond cəmiyyət, ətraf mühit və heyvanlar daxil olmaqla müxtəlif istiqamətlərdə sosial təşəbbüslər həyata keçirir. Kapital Bank fondun əsas donorlarından biridir. Fond ölkə daxilində və ölkə xaricindəki digər donorları ilə fəal tərəfdaşlıq əlaqələri qurub. Daha ətraflı məlumat üçün: www.redhearts.az.

İnnovasiyalar və sahibkarlıq

Kapital Bank insanların yaradıcılıq potensialının biznesə çevrilməsini dəstəkləyir. Buna görə də, biz bir sıra startup layihələrinə dəstək göstəririk və müxtəlif inkubasiya və akselerasiya mərkəzləri ilə tərəfdaşlıq əlaqələri qurmuşuq. Eyni zamanda, biz mikro, kiçik və orta sahibkarlığın inkişafı və qadın sahibkarların təşəbbüslərinin dəstəklənməsi sahəsində fəaliyyətimiz davam etdiririk, həm güzəştli məhsullar, həm də bacarıqların inkişafına yönələn addımlar atırıq.

Ahıl şəxslər

Kapital Bankın müştəri qruplarının bir hissəsi təqaüdçülərdir. Biz təqaüdçülərin rifahinin daha da yüksəldilməsi və onların öz vaxtını daha səmərəli təşkil etməyinə dəstək məqsədi ilə tərəfdaşlarımızın “YAŞA” təqaüdçülər mərkəzini yaratması ideyasının reallaşmasına dəstək olmuşuq. Bu mərkəzdə təqaüdçülər üçün maarifləndirmə, yaradıcılıq, sağlamlıq və sosial sahibkarlıq istiqamətində tədbirlər həyata keçirilir.