}

Mənim adım Eldardır. 22 yaşım var və düşünürəm ki, bankımızın gənc əməkdaşları sırasındayam. Bura mənim ilk rəsmi iş yerimdir. Bu müddət ərzində 196 Telefon mərkəzində kiçik mütəxəssis kimi başladığım yolda fəaliyyətimi Onlayn Xidmətlər bölməsində artıq mütəxəssis kimi davam etdirirəm. Karyerama Kapital Bankdakı kimi iş mühiti olan bir yerdə başlamağı arzulayırdım. İş elə gətirdi ki, Kapital Bank kimi yox elə məhz Kapital Bank-ın özündə başlaya bildim. Hədəfim özümə və bankımıza fayda qatmaqdır. Ümid edirəm ki, hekayəm mənimlə eyni arzuda olan gənclərə də motivasiya olar.

Eldar Ağazadə

Onlayn Xidmətlər bölməsinin mütəxəsisi

Kapital Bank-da karyerama Əlaqə Mərkəzi şöbəsində başlamışam. İnsanlarla aktiv ünsiyyətdə olmaq, yeni insanları tanımaq, istedadları bankımıza qazandırmaq və onların bağlılığının artırılması istiqamətində işlər daima maraq dairəmdə olub. Bu səbəbdən gələcək karyeramı HR kimi davam etdirməyi qərara aldım və hazırda böyük həvəslə fəaliyyətimi davam etdirirəm. Siz də işinizdən zövq almaq və daima inkişaf etmək istəyirsinizsə, yolunuzu mütləq Kapital Bank-dan salın.

Leyli Quliyeva

İstedadların cəlbi və seçimi şöbəsinin mütəxəssisi

Tələbəlik illərimdən Kapital bankda Data analitika sahəsi üzrə təcrübəçi olaraq çalışırdım, təhsilim bitən kimi artıq rəsmi işçi idim. Bu mənim üçün çox böyük uğurdur. İlk öncə L1 səviyyədə kiçik data analitik olaraq başladım. 9 ay sonra L2 səviyyəsinə keçərək Data analitik vəzifəsinə layiq görüldüm. Daim inkişafa doğru getməyim və bunun dəyərləndirilməsi olduqca dəyərlidir. Hədəfim L3 səviyyəsinə keçməkdir. Bankımız tələbələr üçün bu şəraiti yaradır onlara karyera planlamalarında dəstək olur. Məncə, kimi hər kəs dəyərləndirməlidir.

Gülxanım Heydərova

Data analtik

Kapital bank karyerama 2019-cu ildə Könüllü layihəsi (Məlumat xidmətində) ilə başlamışam. Bir müddət sonra 2020-ci ildə oktyabr ayında Satış bölməsi üzrə kiçik mütəxəssis kimi işə qəbul olundum. Bu müddətdən sonra minimum 15 filialda ezamlarda oldum ki bu mənə həm kollektiv həm praktiki təcrübə baxımdan çox kömək oldu. Hazırda 2023-cü il fevral ayından XKİED Yerində nəzarət şöbəsində çalışıram. İşin ən minimal nöqtəsindən bu sahəyə gəlməyim mənə ən xırda detallardan belə məlumatlı olduğum üçün nəzarət mexanizmində çox dəstək olur.

Vahid Allahverdiyev

Xidmət keyfiyyətinə yerində nəzarət şöbəsinin aparıcı mütəxəssisi

Bankda karyerama təcrübəçi kimi başlayıb hazırda CVM sahəsində fərdi qiymətləndirmə komandasında Məhsul Sahibi kimi çalışıram. Müştəri təcrübəsini əsas tutaraq kredit məhsullarının şərtlərini müştərilərə adaptasiya edib fərdi məhsul təkliflərini müəyyənləşdirməkdə komandaya istiqamət verirəm. Biznes qərarlarında qabaqcıl analitikanı üstün tutaraq ML modellərindən uğurla istifadə etmək, personalizasiya mövzusunda ilklərdən olmaq və belə bir mövzuda komandanın hərəkətverici qüvvəsi olmaq qürurverici hissdir

Nuranə Məmmədova

Məhsul sahibi

Kapital Bankın Agile sturukturunda çalışmaq böyük uğurlar qazanmağıma kömək etmişdir. Çünki burada şəxsi və peşəkar inkişafım üçün yaradılan şəait qısa müddətdə işimin kefiyyətinə təsir göstərmişdir. Beləliklə uğurlarımdan biri də ölkənin ilk Open API portalı yaradılarkən interfeysin istifadəçilərə sadə və rahat olması üçün UX araşdırması apararaq dəstəyim olmuşdur. Hazırda sahibkarlar və hüquqi şəxslər bu portalı mühasibatlıq sistemlərinə inteqrasiya edərək, öz proqram təminatları vasitəsi ilə pulsuz və rahat şəkildə bank xidmətlərindən yararlana bilirlər.

Zülfiyyə İbrahimova

Müştəri təcrübəsi üzrə tədqiqatçı

Hal hazırda Müştəri Müraciətlərinin Araşdırılma Şöbəsində fəaliyyət göstərirəm Kapital Bankda işləmək mənə qarşıma qoyduğum məqsədə nail olmağa səbəb oldu və nail olmaqda davam edəcəyəm. Kapital Bank mənə iş mühitindən əlavə olaraq yaxşı dostlar və yaxşı çevrə qazandırıb

Fidan Məmmədova

Müştəri müraciətlərinin araşdırılması şöbəsinin mütəxəssisi

Karyerama 2022-ci ildə Sabunçu filialında kassa üzrə kiçik mütəxəssis kimi başlamışam. Kapital Bank komandasına qoşulanda 21 yaşım var idi. 2 il sonra isə artıq baş ofisdə texniki dəstək bölməsinin mütəxəssisi kimi çalışıram

Fərid Quluzadə

Partnyorlarla satışın təşkili şöbəsinin mütəxəssisi

Kapital Bank komandasına 2017-ci ilin yanvar ayında təcrübəçi kimi başlamışam. 2017-ci ilin mart ayında Alternativ Satış kanalları şöbəsinə kiçik mütəxəssis vəzifəsinə işə qəbul olunmuşam. Bu 7 il ərzində Bankda böyük təcrübə və çoxlu sayda dost qazanmışam. Getdikcə daha da böyüyən bankımızın inkişafı və uğurları üçün gələcəkdə də maksimum səy göstərərək uğur qazanmaq istəyirəm

Zaur Əsəd

Partnyorlarla iş şöbəsinin aparıcı mütəxəssisi

Kapital banka ilk dəfə təcrübəçi kimi gəldim. Ofisə ilk addımlarımı atanda özümə məqsəd qoymuşdum ki, özümü inkişaf etdirib bir gün burada işləyəcəm, çünki buradakı atmosfer, kollektiv, əməkdaşların öyrənməyə və öyrətməyə olan həvəsi məni də kariyera yolunda irəliləməyə həvəsləndirdi. Və beləcə 6 aylıq təcrübə müddətimdə maksimum dərəcədə yeni biliklər əldə etməyə çalışdım. 6 ayın sonunda nəhayət hədəfimə çatdım və Kapital Bankda rəsmi olaraq Müştəri təcrübəsi üzrə tədqiqatçı vəzifəsində işləməyə başladım. Mənə görə ən böyük motivasiya insanın öz sevdiyi işi görməsidir. Nəzərə alsaq ki, bank olaraq məhsullar müştəri təcrübəsi üzrə formalaşır, bu sahədə işləmək, birbaşa müştərilərlə danışıb onları tanımaq və məhsulları müştəri gözü ilə görə bilmək çox vacibdir. Məhz buna görə də çox şadam ki, məhz müştəri təcrübəsi sahəsindəyəm və bu yolda daim yenilikləri öyrənmək və bildiklərimi öyrətmək hazırki hədəfimdir

Aytən Şükürova

Müştəri təcrübəsi üzrə tədqiqatçı

İstənilən işdə uğur qazanmağın ən etibarlı yolu bir dəfə daha sınamağa davam etməkdir. Və uğur hekayəsinin ilk misraları məhz o anda yazılır. Zəhmət səni həyatda irəliyə aparan şeydir. Özünə inam, müvəffəqiyyətinizə gətirib çıxaracaq ən güclü şəxsi xüsusiyyətlərdən biridir. Beləliklə, həyatda uğursuzluqlarla qarşılaşdığım zaman bədbinliyə qapılmıram. Bunun əvəzinə gülümsəyərək özümə “Bu səbəbdən buradayam. Bu, öyrənmək və yaxşılaşmaq üçün fürsətimdir.” deyirəm

Beyrək Rəhimov

Biznes inkişafı üzrə ekspert