Ümumi məlumat

Kapital Bankın İşə qəbul portalına xoş gəlmişsiniz. Portal Bankın işə qəbul siyasətinə əsaslanır. Namizədlərin rahat və tez bir zamanda müraciətini təmin etmək portalın əsas iş prinsipidir. Portalda Kapital Bankda olan cari vakansiyaları izləmək, karyeranızı inkişaf etdirmək üçün maraqlı məlumatlar əldə etmək və Kapital Bankın iş mühiti ilə tanış olmaq imkanı vardır. Öz profilinizi daima yeniləyərək və məlumatları əlavə edərək işə qəbul üçün bir addım daha yaxın ola bilərsiniz.

Qeyd: Bankımıza işə qəbulla bağlı müraciət sayının çoxluğunu nəzərə alaraq xahiş edirik, daima öz profilinizin statusunu izləyəsiniz. İşə qəbul komandası tərəfindən yalnız vakansiya tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır. Digər profillər portalın namizəd bazasına əlavə ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir.

Bizə müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.