Vakansiyalar

Aktiv vakansiyaları buradan izləyə bilərsən. Hər hansı bir vakansiyaya müraciət etmək üçün zəhmət olmasa ilk öncə şəxsi profilini yarat.

Filtr

İş növləri

İş imkanları

İş bacarıqları

Vəzifə

"Data Camp" təcrübə proqramı 2024

Kapital Bank ASC Data sahəsi üzrə həvəsli, yenilikçi, motivasiyalı və inkişafa yönümlü gəncləri sevindirəcək -  "Data Camp" təcrübə proqramına start verir!  Təcrübə proqramının müddəti 3 aydır. Əsas fəaliyyət istiqamətləri ilə bağlı ətraflı aşağıda tanış ola bilərsiniz.
 
Təcrübə proqramı aşağıda qeyd olunan istiqamətlər üzrə keçirilir.

1) Data texnoloyaları sahəsi üzrə təcrübə proqramı çərçivəsində Data OperationData Engineer sahələri üzrə təcrübəçilər axtarışındayıq. Siz təcrübə müddəti ərzində Dataiku, Tableau, Oracle BI, Impala, Debezium, Kafka, Spark, GreenPlum, MinIO, Python ve Airflow kimi qabaqcıl texnologiyalar ilə tanış olub işləmək imkanı qazanacaqsınız. Həmçinin Data platformalarının idarə edilməsi, məlumatların saxlanılması ve emalı üzrə dəyərli praktiki təcrübələr əldə edəcəksiniz. Mentorlarımızın rəhbərliyi ilə real tapşırıqların, problemlərin öhdəsindən gələrək dəyərli praktiki təcrübə əldə edəcəksiniz. 

Müraciət etməkdən əlavə aşağıdaki linkdən test mərhələsindən keçmək mütləqdir:


2) Data science sahəsi üzrə təcrübə proqramı çərçivəsində riyaziyyət, statistika, kompyuter elmlərini anlayan, analitik düşüncəyə və problemləri həll etmə qabiliyyəti malik motivasiyalı təcrübəçilər axtarışındayıq. Siz təcrübə müddəti ərzində siz məlumat toplama, təmizləmə və hazırlama,statistik və maşın öyrənmə modellərinin tətbiqi, məlumat analizi və başqa müvafiq istiqamətlər üzrə təcrübələri qazanacaqsınız.Python, R, SQL, Spark kimi  qabaqcıl texnologiyalarla işləyərək öz inkişafınıza töhfə verəcəksiniz.

Müraciət etməkdən əlavə aşağıdaki linkdən test mərhələsindən keçmək mütləqdir:


3) Biznes analitik təcrübə proqramı çərçivəsində riyaziyyət, maliyyə biliklərinə sahib, analitik düşüncəyə və problemləri həll etmə qabiliyyəti malik motivasiyalı təcrübəçilər axtarışındayıq. Siz təcrübə müddəti ərzində maliyyə modellərinin qurulması,bazar araşdırmalarının aparılması,məhsullar üzrə analizlərin edilməsi, analizlərin vizuallaşdırılması,  məlumat toplama və başqa müvafiq istiqamətlər üzrə təcrübələri qazanacaqsınız.Python, Tableau, SQL, DataIku kimi qabaqcıl texnologiyalarla işləyərək öz inkişafınıza töhfə verəcəksiniz.

Müraciət etməkdən əlavə aşağıdaki linkdən test mərhələsindən keçmək mütləqdir:


4) Data transformasiya təcrübə proqramı çərçivəsində  siz biznes departamentləri ilə əməkdaşlıq edərək, məlumatların idarəedilməsini və standartlaşdırılmasını, onların düzgünlüyünü, keyfiyyətini, dəqiqliyini və doğruluq mənbəsini, təhlükəsizlik strategiyasına və saxlama müddətlərinə uyğunluğunu təmin edilməsini peşakar komandadan öyrənəcəksiniz. Həmçinin məlumat keyfiyyətinin artırılması üçün Ataccama kimi qabaqcıl texnologiyalarla işləyərək siz fərdi inkişafla yanaşı, biznesə məlumatlara əsaslanaraq düzgün qərarların qəbul etməsinə də öz dəstəyinizi göstərəcəksiniz.

Müraciət etməkdən əlavə aşağıdaki linkdən test mərhələsindən keçmək mütləqdir:



Caspian Plaza
Son müraciət tarixi: 10 Mar
Ətraflı

Mikro Biznes Departamentinin Alternativ Satış Şöbəsi üzrə Bizdən Biri Təcrübə Proqramı

Kapital Bank öyrənməyə açıq, təşəbbüskar, yenilikçi, motivasiyalı və həvəsli gənclər üçün yaratdığı Bizdən Biri Təcrübə proqramına start verdi!

 

Proqram sizə nələr qazandıracaq:

·       Bank sahəsində peşəkarlarla ünsiyyətdə olmaq və onlardan öyrənmək;

·       Ölkənin Birinci bankında maliyyə, təhlil, satış üzrə biliklərə yiyələnmək;

·       Fürsət və yeniliklər dolu bir mühitdə işləmək imkanı;

·       Təcrübə sonrası bankda rəsmi işə başlama imkanı;

·       Məsafədən (remote) işləmə imkanı;

 

Proqrama kimlər müraciət edə bilər:

·        Maliyyə/iqtisadiyyat ixtisasların məzunları, daha öncə satış üzrə təcrübələrdə iştirak edənlər, başlanğıc və bir üst biliklərə sahib olanlar;

·        Motivasiyası yüksək olanlar, yeniliklərə açıq və dinamikanı sevənlər.

·


Bakı, Azərbaycan
Son müraciət tarixi: 09 Mar

Komandamıza qoşul

Karyeranı sağlam iş mühitində və daim inkişaf edən innovativ komanda ilə qur!