Doğru yoldasan

Təqaüd proqramları
Hər zaman təhsil yönümlü layihələrə və peşəkar kadrların inkişafına böyük önəm verən ölkənin birinci bankı Kapital Bank tələbələr üçün “Birbank” təqaüd proqramı həyata keçirməkdədir.
Birbank Təqaüd Proqramı
Proqrama müraciət edən 3000 tələbədən 15 nəfəri “Birbank təqaüdçüsü” adını qazanıb və onlara ayda 300 AZN təqaüd verilir. Seçilmiş tələbələr ölkənin 8 ali məktəbində kompüter elmləri, informasiya texnologiyaları, maliyyə, hüquq, iqtisadiyyat və digər sahələr üzrə təhsil alırlar. Proqram tələbələrə aylıq təqaüd almaqla yanaşı, Kapital Bank-da təcrübə keçmək, təlimlərə qatılmaq şansı da verir. Xatırladaq ki, təqaüd proqramına 3-cü kursda oxuyan, universitetə qəbul balı 550 və daha yuxarı, təhsil göstəriciləri ortalama 81 bal və daha yuxarı olan gənclər qoşulublar. Seçim prosesi bir neçə mərhələdə təşkil edilib və onlayn müraciət, qrup tapşırığı, imtahan və müsahibə mərhələlərindən uğurla keçən tələbələr “Birbank təqaüdçüsü” adını qazanıblar.

Təaqüd proqramları

Təcrübə proqramları
Tələbə və yeni məzunlar üçün karyera qurmaq istədikləri sahələrə uyğun olaraq bankın müxtəlif strukturları üzrə peşəkar inkişafa aparan “Bircode”, “Bizdən Biri” və “Kapitalımız” könüllü təcrübə proqramı kimi layihələr həyata keçiririk. Əmək bazarının formalaşması üçün əmək sərf edirik.
Bircode
Frontend, backend, mobile, (ios, android) QA və s. istiqamətlər üzrə 2019-cu ildən etibarən 5 nəsil 76 nəfər developer yetişdirilib, komandamıza qoşulub.
Bizdən biri
2021-ci ildən start verilib, arxa ofis əməkdaşlarının yetişdirilməsi istiqamətində bir neçə nəsil yetişdirilib. İstiqamətlər İT İnfrastruktur Departamenti, Kiçik və orta sahibkarlarla iş Departamenti Kredit Anderraytinqi, HR, Hüquq, Mikro Biznes departamenti, Maliyyə Menecmenti və s.
Kapitalımız könüllü təcrübə proqramı
Hədəfimiz – müştəri xidmətləri sahəsində irəliləmək istəyən gənc nəsillərə bu sahənin əlifbasını öyrətməkdir. Proqram çərçivəsində filial şəbəkəsində gənclərin ilkin bilik və bacarıqlara yiyələnməsi təmin olunur. Bu proqrama qoşulmuş və hal-hazırda bankımızda karyerasını davam etdirən çoxsaylı əməkdaşımız var.

Təcrübə proqramları

İstər tələbə, istər məzunlar üçün karyera qurmaq istədikləri sahələrə uyğun olaraq bankın müxtəlif strukturları üzrə fərdi və peşəkar inkişafa aparan Bizdən Biri, BirCode və Könüllü kimi layihələr həyata keçirərək əmək bazarında rəqabətədavamlı istedad bazasının formalaşdırılmasında öz imzamızı atırıq.

Bircode

Frontend, backend, mobile, (ios, android) QA və s. istiqamətlər üzrə 2019-cu ildən etibarən 5 nəsil 76 nəfər developer yetişdirilib, komandamıza qoşulub.

Bizdən biri

2021-ci ildən start verilib, arxa ofis əməkdaşlarının yetişdirilməsi istiqamətində bir neçə nəsil yetişdirilib. İstiqamətlər İT İnfrastruktur Departamenti, Kiçik və orta sahibkarlarla iş Departamenti Kredit Anderraytinqi, HR, Hüquq, Mikro Biznes departamenti, Maliyyə Menecmenti və s.

Kapitalımız könüllü təcrübə proqramı

Hədəfimiz – müştəri xidmətləri sahəsində irəliləmək istəyən gənc nəsillərə bu sahənin əlifbasını öyrətməkdir. Proqram çərçivəsində filial şəbəkəsində gənclərin ilkin bilik və bacarıqlara yiyələnməsi təmin olunur. Bu proqrama qoşulmuş və hal-hazırda bankımızda karyerasını davam etdirən çoxsaylı əməkdaşımız var.

Universitetlərlə layihələr
20-ə yaxın təhsil müəssisəsi ilə əməkdaşlıq çərçivəsində tələbələr üçün müxtəlif strukturlarda istehsalat və müxtəlif növ təcrübə proqramları, məlumat sessiyaları, təlim, karyera layihələri və sərgiləri həyata keçirərək gənclərin karyera istiqamətləri və hədəflərinin müəyyən olunmasında, əmək bazarında və bank sektorunda karyera imkanları barəsində məlumatlılığının artırılmasında dəstək oluruq.
Azərbaycan Texniki Universiteti ilə Memorandum
Kapital Bank təhsil sektoruna dəstəyini daima davam etdirməkdədir. Hal-hazırda Kapital Bank ölkəmizin ən böyük təhsil ocaqlarından biri olan Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq memorandumuna sahibdir. Əməkdaşlıq çərçivəsində tələbələr bankımızda təcrübə keçmək və biznes bacarıqların inkişaf etdirmək imkanı qazanırlar.
Azərbaycan Turizm və Menecment Universiteti -“All about banking”
Azərbaycan Turizim və Menecment Universitet təşkilatçılığı ilə “All about banking” silsilə təliminin sonuncu görüşü bankımızın peşəkar iş heyəti ilə tələbələr arasında baş tutmuşdur. Tələbələrə Maliyyə hesabatlarının elementləri, Kapital Bankda mühasibat yazılışları və s. barədə məlumatlar verilib. Təlimin sonunda isə tələbələri maraqlandıran suallara ətraflı cavablar verilib.
Moskva Dövlət Universitetitinin tələbələri ilə görüş
Kapital Bank və Moskva Dövlət Universitetinin Bakı filialı tələbələri ilə görüş keçirilib. 19 tələbənin qatıldığı görüşdə İnsan resursları və Birbank tətbiqi istiqamətində maraqlı müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb. Görüşün sonunda isə əyləncəli workshop keçirilib.
Azərbaycan Texnologiya Universiteti - Kapital Bank auditoriyasının açılışı
Təhsilə göstərdiyimiz dəstək nəticəsində regionda ilk dəfə olaraq Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində “Kapital Bank Otağı” istifadəyə verilmişdir. 28 nəfərlik innovativ “Kapital Bank Otağı” ağıllı löhvə, müvafiq sayda notbuk və digər zəruri ofis avadanlıqları ilə tam şəkildə təchiz edilib və tələbələr tərəfində böyük maraqla qarşılanıb. Həmçinin qeyd edək ki, dayanmadan inkişaf edən rəqəmsal dünyamızda tələbələr bu texnoloji otaq ilə faydalı öyrənmə şəraiti əldə edəcəklər və yaxın gələcəkdə ölkəmiz üçün peşəkar mütəxəssislərə, eləcə də komandamıza qoşulma şansı əldə edəcəklər.

Universitetlərlə layihələr.