Sahə
NəzarətMəşğulluq Növü
Tam iş günüİş imkanı
Ofis işiSon müraciət tarixi
31 DecYer
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.Ümumi məlumat
Kapital Bank namizədləri Nəzarət Departamentinin Operativ Nəzarət şöbəsinin mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.Öhdəliklər
-
• Korporativ və SME kreditlərin planlı və növbədənkənar monitorinqlərini həyata keçirmək
• Korporativ və SME kredit portfelinin analizi və risklərin ölçülməsi
• Kreditləşmənin Bankın müvafiq qayda və prosedurlarına uyğun həyata keçirilməsinə nəzarət etmək
• Kredit üzrə ödənişləri təhlükə altına ala biləcək mümkün riskləri öncədən müəyyən etmək məqsədi ilə borcalanların ödəmə qabiliyyətini təhlil etmək
• Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək;
• Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
• Kredit portfelinin keyfiyyətinə nəzarət etmək
Tələblər
• İqtisadiyyat, maliyyə, biznes idarəçiliyi üzrə ali təhsil və bank sahəsində minumum 1 illik iş təcrübəsi; və ya digər ixtisaslar üzrə ali təhsil və bank sahəsində minumum 3 illik iş təcrübəsi; • Yüksək yazılı nitq bacarığı, analitik qabiliyyət və riyazi düşüncə; • Təşəbbüskarlıq,İnnovativ, məsuliyyətlilik və dəqiqlik kimi keyfiyyətlərə sahiblik; • Ofis proqlamları və bank əməliyyat sistemlərilə işləmə bacarığı; • Əla səviyyədə Azərbaycan dili biliyi, Rus və İngilis dili biliyi arzuolunandır; • Stressə davamlılıq, komandada və regionlara ezam olunaraq işləmə bacarığı • Erkən xəbərdarlıq siqnalları olduqda riskin azaldılması məqsədilə tədbirlərin görülməsi və planların hazırlanması; • Yaş 23-35 arası; • Daxili audit, monitorinq ,risk, daxili nəzarət sahələrində çalışmış namizədlərə üstünlük verilir;Bənzər vakansiyalar
Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır.
Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz.
Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.
Rol haqqında
Məqsədimiz Bankımızda Nəzarət sahəsində proseslərin, nəzarət mexanizimlərinin, gələcək risklərin qarşısını almaq üçün yaranan düzgün kontrolları təmin etmək, riskləri mimumuma endirməkdir..
Bizimlə işləməyin üstünlükləri
● Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
● Multikultural mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk. Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.
● Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
● Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
● Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
● Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
● Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.
Nəzarət departamentinin Pərakəndə kreditlərin monitorinqi şöbəsinin aparıcı mütəxəssisi (Data scientist)
- Bank haqqında
Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün
standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan
istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək
istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi
var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona
yaxınlaşır.
Məqsədimiz – müştərilərimizin
həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun
bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq.
Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də
ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və
ödənişlərinizdən keşbek qazana bilərsiniz.
Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin
gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və ambisiyalı şəxslərin
axtarışındayıq.
- Rol haqqında
Pərakəndə kredit məhsullarının data əsasında monitorinqini həyata keçirmək, aşkarlanmış nöqsanlar barədə
hesabatları tərtib etmək və nəzarət prosedurlarının təkmilləşdirilməsi
üçün namizəd axtarırıq. Pərakəndə kredit məhsullarının keyfiyyətinin yüksək səviyyədə
saxlanılması əsas məqsədimizdir.