Hüquq və Komplayens Departamentinin Arxiv şöbəsinin Kiçik Mütəxəssisi / Mütəxəssisi
Müraciət etÜmumi məlumat
Kapital Bank namizədləri Hüquq və Komplayens Departamentinin Arxiv şöbəsinin Kiçik Mütəxəssisi/Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.Öhdəliklər
·
Bankdaxili korporativ aktlarla müəyyənləşdirilmiş qaydada Bankın İdarəetmə
orqanları, struktur bölmələr və/və ya vəzifəli şəxslərindən icra olunmuş sənədləri
akt əsasında təhvil alır
·
Arxivə təhvil verilmiş qovluqları tarix və aidiyyəti üzrə
qruplaşdırır, uyğun ardıcıllıqla rəflərə yığır
·
Bəzi arxiv sənədlərini elektron məlumat daşıyıcılarında (scan
formada) əks etdirir və sorğu verən idarəetmə orqanına, struktur bölməyə və/və
ya vəzifəli şəxsə elektron poçt vasitəsi ilə göndərir
·
Rəhbər və ya digər səlahiyyətli şəxslərin tələbnaməsi ilə kağız
formada saxlanılan sənədləri müvəqqəti istifadə üçün sorğu edən şəxslərə təhvil
verilməsini təmin edir
·
Saxlama müddəti başa çatmış sənədləri ləğv edilməsi üçün
ayırır
Tələblər
·
Detallara və sənədlərə diqqətli və dəqiq yanaşmaq
·
Bankçılıq sahəsi haqqında məlumatlı olmaq
·
Tez öyrənmə bacarıqları, problemlərin həlli və ya həll yolları təklif
etmək
·
Ali təhsil (Universiteti arxiv işi ixtisası üzrə bitirən namizədlərə
üstünlük verilir)
·
Arxiv sahəsində bütövlükdə minimum 6 ay iş təcrübəsinə malik olmaq (
yalnız mütəxəssis vəzifəsi üçün, kiçik mütəxəssis vəzifəsinə təcrübə tələb
edilimir)
·
Word, Excel və İnternetdə işləmə bacarığı
·
Azərbaycan və rus dilində yazı və danışıq qabiliyyəti
·
Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti
·
Özünütənqid qabiliyyəti və məsuliyyətlilik qabiliyyəti