Hesabatların hazırlanması üzrə kiçik-mütəxəssis

Müraciət et

Ümumi məlumat

“Kapital Bank” ASC namizədləri Hesabatların hazırlanması üzrə kiçik-mütəxəssis vakansiyasına müraciət etməklə komandasına qoşulmağa dəvət edir.

Öhdəliklər

·        “Bankın” ehtiyacları üçün zəruri olan malların, işlərin (xidmətlərin) satın alınması ilə bağlı hesabatların hazırlanması;

·        Satınalma ERP sistemi üzrə məlumatlar bazası üzrə məlumatların daxil və xaric edilməsi;

·        Satınalma ERP sistemi üzrə məlumatlar bazasına nəzarət edilməsi,

·        Yazışmalar və danışıqların zamanı yığılan məlumatların bazaya daxil edilməsi və emalı;

·        Məlumatlar bazası üzrə təqdimatların hazırlanması;

·        İstənilən məlumatların hesabat və təqdimat halında rəhbərliyə təqdim edilməsi;

·        İlkin sənədlərin ekspertizasının aparılması;

·        Baza məlumatlarının təhlil edilməsi;

·        Satınalmaların statusu barədə hesabatların hazırlanması;

·        Sənədlərin qeydiyyatı və arxivləşdirmə işinin aparılması.

·        Gündəlik sənədləşmə işlərini həyata keçirmək;

Tələblər

- Hesabat hazırlama sahəsi üzrə ən azı 1-2 il iş təcrübəsi;

- İngilis dilini bilməlidir, rus dili üstünlükdür,

- Microsoft Ofis proqramlarını, əsasən Excel proqramını yaxşı səviyyədə bilməlidir;

- Hesabat və data məlumatların yığılma və hazırlanma qaydalarını bilməlidir;

- Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;

- Komandada işləmək bacarığına sahib olmalıdır;

Səviyyə
Kiçik mütəxəssis / Mütəxəssis
Sahə
İnzibati idarəetmə
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
21 Feb
Yer
Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küç. 2E