Ümumi məlumat
Kapital Bank namizədləri İmişli şöbəsinin Kiçik əməliyyatçı-kassir vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
• Müştərilərə xidmət;
• Sürətli pul köçürmə əməliyyatlarının aparılması;
• Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank məhsullarının satışı;
• Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu;
• Ödəniş kartları üzrə əməliyyatların aparılması və s.
Tələblər
• Ali təhsil;
• Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
• Səlis Azərbaycan dili biliyi;
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Əla ünsiyyət bacarıqları;
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
Səviyyə
Kiçik mütəxəssis / Mütəxəssis
Sahə
Müştəri xidmətləri
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
14 Jan
Yer
İmişli şəhəri, S. Fətəliyev küçəsi (ASAN Xidmət Mərkəzi)