Maliyyə hesabatlığı və mühasibatlıq departamentinin Daxili mühasibatlıq şöbəsinin mütəxəssisi

Müraciət et

Ümumi məlumat

Kapital Bank namizədləri Maliyyə hesabatlığı və mühasibatlıq departamentinin Daxili mühasibatlıq şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər

                 Bankdaxili ödəniş tapşırıqlarının icra olunması;

                 Aparılmış ödənişlərin filialların müvafiq xərcinə aid edilməsi;

                 Əsas vəsaitlərin uçotu ilə bağlı müvafiq müxabirləşmələrin verilməsi;

                 Anbar proqramı üzrə mal-material uçotunun aparılması;

                 Hər bir əməliyyat gününün sənədlərinin yoxlanılması və müvafiq qovluqlara tikilməsi;

                 Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edilməsi.

Tələblər

                 Ali iqtisadi təhsil;

                 Bank işi sahəsində ən azı 1 illik təcrübənin olması;

                 Yüksək MS Excel bilikləri;

                 Operativ və məsuliyyətli olması.

Səviyyə
Kiçik mütəxəssis / Mütəxəssis
Sahə
Maliyyə
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
14 Oct
Yer
Baş ofis