Kredit Anderraytinqi departamentinin KOS kreditlərin təhlili şöbəsinin Kiçik mütəxəssisi
Müraciət etÜmumi məlumat
Kapital Bank namizədləri Kredit Anderraytinqi departamentinin KOS kreditlərin təhlili şöbəsinin Kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
·
Əmək
müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili
korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları
icra edir;
·
Müraciətlər
əsasında kreditləşmə və sənədli əməliyyatların aparılması, restrukturizasiya və
ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə müştərinin təhlili həyata
keçirir və onlar barədə rəy verir;
·
Kreditləşmə
üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya
təminatın kifayət olmamasını yoxlayır;
·
Kredit
Komitəsində müraciətlər üzrə müzakirələrdə iştirak edir;
·
Vəzifə
funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında
digər öhdəlikləri icra edir.
Tələblər
· Analitik
düşünmə və operativ qərarvermə bacarığı;
·
Ali
təhsil (İqtisadi,
maliyyə və ya riyazi ixtisas olması arzuolunandır);
· Müvafiq sahə üzrə ən
az 1 il iş təcrübəsi (arzuolunandır);
·
Səlis
Azərbaycan dili, Rus dili və İngilis dili;
· Microsoft Office proqramları üzrə biliklər;
· Yüksək
ünsiyyətqurma qabiliyyəti.