Korporativ və KOS satışlar idarəsinin Korporativ satışlar departamentinin Sənədli əməliyyatlar şöbəsinin mütəxəssisi

Müraciət et

Ümumi məlumat

Kapital Bank namizədləri Korporativ və KOS satışlar idarəsinin Korporativ satışlar departamentinin Sənədli əməliyyatlar şöbəsinin mütəxəssisi  vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

 Sifariş olunan qarantiya və akkreditiv üzrə alqı satqı müqaviləsinin yoxlanılması;

Qarantiya məktublarının müştərinin sifarişi əsasında hazırlanması; 

Akkreditivlərin draft formasının hazırlanması və (tələb olunarsa) benefisiarla razılaşdırılması;

Müştərilərə qarantiya və akkreditivlər üzrə konsultasiya verilməsi;

Sifariş olunan əməliyyat üzrə (təsdiqli olduğu halda) MİŞ-in ekspertinə Bankın xərcləri haqda məlumatın verilməsi;

SWIFT sistemində qarantiya və akkreditivlərin yığılması;

Qarantiya və akkreditivlər üzrə xarici təşkilatlar ilə danışıqların aparılması və bu təşkilatların təsdiqinin təmin edilməsi;

Qarantiya və akkreditivlər üzrə müvafiq əməliyyatların BƏS-də aparılması; 

Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra edir;

Birbaşa rəhbəri, İdarə Heyəti sədri, tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.

Tələblər

Ali təhsil;

Lazımi tapşırıqları dəqiq və vaxtında şöbənin rəhbərinə və digər səlahiyyətli şəxslərə çatdırmaq bacarığına malik olmaq;

Analitik düşüncə qabiliyyətinə malik olmaq;

Bankın fəaliyyətində istifadə edəcəyi informasiya texnologiyalarına dair proqramları (Microsoft Office Excel/Word və sair) bilmək;

Kredit əməliyyatlarla birbaşa əlaqəli biliklərə, təcrübəyə və bacarıqlara malik olmaq;

İngilis dilində səlis danışıq və yazı bacarığı;

Sənədli əməliyyatlarla birbaşa əlaqəli biliklərə, təcrübəyə və bacarıqlara malik olmaq.

Səviyyə
Kiçik mütəxəssis / Mütəxəssis
Sahə
Korporativ Satış
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
31 Dec
Yer
Bakı şəhəri,Füzuli küç.71