Bazar riskləri üzrə menecer

Müraciət et

Ümumi məlumat

Kapital Bank namizədləri Bazar riskləri üzrə Analitik – menever vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

·        Likvidlik və bazar risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üzrə işlərin  təşkili və bu prosesə nəzarətin həyata keçirilməsi;

·        İqtisadiyyatda və bank sektorunda baş verə biləcək potensial dəyişikliklərin öncədən  müəyyənləşdirilməsi istiqamətində araşdırılmaların aparılması;

·        Bankın biznes siyasətinə təsir edə biləcək şok hadisələri nəzərə almaqla stress-test modellərin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflər verilməsinə  nəzarət edilməsi;

·        Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsində və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;

·        Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsi;

·        Bazar riskləri sahəsində araşdırılma aparılması.

Tələblər

·        İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;

·        Qiymətli kağızlar haqqında yüksək bilik;

·        Ümumi bazar risklərinin idarə edilməsi, risk metrikləri, maliyyə məhsulları, nəzəriyyə və anlayışları haqqında əla biliklər.

 

Üstünlük verilən bilik və bacarıqlar

 

·        Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;

·        CFA və ya FRM sertifikatlarına sahib olma arzuolunandır; 

·        Əla səviyyədə praktiki Excel bacarıqları;

·        Python və SQL-də proqramlaşdırma təcrübəsi arzu olunandır;

·        İngilis dili biliklərinin olması mütləq, Rus dili bilikləri arzuolunandır;

·        Müvafiq olaraq aparıcı və baş mütəxəssis vakansiyaları üçün bazar risklərinin idarə edilməsi sahəsində minimum 2 və 3 il iş təcrübəsi.

Səviyyə
Aparıcı mütəxəssis / Baş mütəxəssis
Sahə
Risk
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
30 Jun
Yer
Fizuli 71.