KOS kreditlərin təhlili şöbəsində Mütəxəssis, Aparıcı Mütəxəssis və Baş mütəxəssis

Müraciət et

Ümumi məlumat

"Kapital Bank" ASC namizədləri Kredit Anderraytinqi Departamentinin KOS kreditlərin təhlili şöbəsində Mütəxəssis, Aparıcı Mütəxəssis və Baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• KOS müştərilərin maliyyə və biznes təhlilini həyata keçirmək;

• Müştərilərin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatlar aparmaq, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə öhdəlikləri strukturlaşdırmaq, onlar barədə rəylər vermək;

• Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək;

• Riskləri düzgün qiymətləndirmək və bankdaxili digər normativ qaydaların qorunmasına nəzarət etmək;

• Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək və s.

Tələblər

• Ali təhsil; (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas)

• Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;

• Rus və İngilis dil bilikləri müsbət qarşılanır;

• CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır;

• Kompüter bilikləri (MS Office, Internet);

• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;

• Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;

• Məsuliyyətlilik və dəqiqlik;

• Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti;

• Bank qanunvericiliyini.

Səviyyə
Aparıcı mütəxəssis / Baş mütəxəssis
Sahə
Təhlil
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
14 Feb
Yer
Bakı şəhəri, Fizuli küçəsi 71, Kapital Bank, Baş ofis