Mikro kreditlərin təhlili şöbəsinin aparıcı mütəxəssisi

Müraciət et

Ümumi məlumat

Kredit Anderraytinqi departamentinin Mikro kreditlərin təhlili şöbəsinin aparıcı mütəxəssisi 

Öhdəliklər

- Müraciətlər əsasında mikro kreditlərin və mikro məhsulların verilməsi, restrukturizasiya və ya şərtlərə əlavə və dəyişikliklərin edilməsi üzrə müştərinin təhlilini həyata keçirir, ehtiyac olduqda yerində baxış keçirir və onlar barədə rəy verir

- Tələb olunduğu halda şöbənin fəaliyyətinə uyğun hesabatların hazırlayır

- Risklərin düzgün qiymətləndirilməsi və ya təminatın kifayət olub-olmamasını yoxlayır

- Kredit komitəsində müraciətlər üzrə müzakirələrdə iştirak edir

- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir

- Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir

- Şöbənin fəaliyyəti üçün zəruri olan datanin toplanması və emalinda iştirak edir

Tələblər

- Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyətinə malik olmaq

- Analitik düşüncə qabiliyyətinə malik olmaq

- Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqlarına malik olmaq

- Bankın fəaliyyətində istifadə edəcəyi informasiya texnologiyalarına dair proqramları (Microsoft Office Excel/Word və sair) bilmək

- Mikro kreditlərin verilməsi sahəsində birbaşa əlaqəli biliklərə, təcrübəyə və bacarıqlara malik olmaq

Səviyyə
Aparıcı mütəxəssis / Baş mütəxəssis
Sahə
Monitorinq və nəzarət
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
05 Oct
Yer
Fizuli 71