IT risklərinin idarə edilməsi departamentinin Informasiya təhlükəsizliyi sistemlərinin idarə edilməsi şöbəsinin mütəxəssisi
Müraciət etÜmumi məlumat
Kapital Bank namizədləri IT risklərinin idarə edilməsi departamentinin Informasiya təhlükəsizliyi sistemlərinin idarə edilməsi şöbəsinin mütəxəssisi vəzifəsinə
müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
·
Bank sirri xarakterini daşıyan məlumatların kənara
sızılmasının və bankın informasiya bazalarına kənar şəxslərin müdaxiləsinin
qarşısının alınması məqsədi ilə İnformasiya təhlükəsizlik sistemlərinin
qurulması, sazlanması və monitorinqi.
·
Təhlükəsizlik sistemlərinin quraşdırılması üçün tələblərin
hazırlanması və uyğunluğunun yoxlanılması
·
Səlahiyyətli istifadəçilərin qoşulmalarının PAM üzərindən
tətbiqi.
·
NGFW, WAF, NAC sistemlərinin qurulması,
optimizasıyası və idarə edilməsi.
·
Mail Security, Endpoint Security (AV, XDR), Data
Security (DBF, DAM) məhsulları üzrə işləmə bacarığı.
·
Məlumat sızmasının qarşısının alınması sistemlərinin
(DLP) sazlanması, idarə edilməsi.
Tələblər
· İT,
İnformasiya Təhlükəsizliyi, Kompüter elmləri, İnformasiya sistemləri və s. kimi
ixtisaslar üzrə ali təhsilin olması
· İnformasiya
Təhlükəsizliyi və ya diğər əlaqədar İT sahəsində iş təcrübəsinin olması.
· Şəbəkə
təhlükəsizliyi konfiqurasiyası haqqında biliklər, Unix/Linux, Windows və s. əməliyyat
sistemləri, DBA , SQL, scripting bilikləri və sertifikatlar olanlara üstünlük
verilir
· Azərbaycan
və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurmaq bacarıqları (rus dili
arzu olunandır), problemlərin həll edilməsi, koordinasiya və analitik
bacarıqların olması
· Komandanın
bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.