Kredit Anderraytinqi departamentinin KOS kreditlərin təhlili şöbəsinin aparıcı mütəxəssisi
Müraciət etÜmumi məlumat
Kredit Anderraytinqi departamentinin KOS kreditlərin təhlili şöbəsinin aparıcı mütəxəssisiÖhdəliklər
·
Kredit və sənədli əməliyyatlar skorinq modellərininin təkminləşdirilməsində
iştirak edir, bu istiqamətdə təkliflər verir;
·
Kreditləşmə prosesin qurulması, prosesin avtomatlaşdırılması üzrə
işləri həyata keçirir;
·
Kreditləşmə müddətinin ölçülməsi, bir sifariş üzrə sifarişə
baxılması, təhlil, rəsmiləşmə müddətlərinin ölçülməsi istiqamətində müvafiq
hesabatlıqlar qurur;
·
Bank əməliyyat sistemi üzrə bazaya ötürülən məlumatların əldə
olunması, bu istiqamətdə hesabların hazırlanması və analizini həyata keçirir;
·
Kreditləşmə prosesləri üzrə protokol, təhlil, memorandum və s.
formaların qurulmasını, təkminləşdirilməsini həyata keçirir;
·
Gündəlik kredit portfelinin hazırlanmasını həyata keçirir;
·
Hazırlanmış hesabatların vizualizasiyasını və analizini həyata
keçirir;
·
Verilənlər bazasında SQL vasitəsi ilə mövcud cədvəllərdən məlumatların
əldə edilməsi, yeni cədvəllərin yaradılması bu istiqamətdə qoyulan tapşırıqlara
əsasən hesabatların hazırlanmasını həyata keçirir;
·
Kredit komitəsində müraciətlər üzrə müzakirələrdə iştirak edir;
·
Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən
göstərişlər əsasında digər öhdəlikləri icra edir;
·
Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə
dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn
funksiyaları icra edir;
·
Kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün
qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlayır.
Tələblər
·
Ali təhsilli olmalı;
·
ACCA F3/FFA, ACCA F7/FR (arzuolunan);
·
Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları
(arzuolunan);
·
Müxtəlif növ hesabatların qurulması və onların
avtomatlaşdırılması;
·
PowerPoint və prezentasiya proqramları üzrə işləmək;
·
Tableu;
·
SQL və PL/SQL
·
Microsoft Power BI və Power Query;
·
Yüksək səviyyədə Excel bacarığı (hesabatların və excel şablon/kalkulyatorların
hazırlanması).