Risklərin İdarə Edilməsi departamentinin Bazar riskləri şöbəsi üzrə mütəxəssis / aparıcı mütəxəssis

Müraciət et

Ümumi məlumat

Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi departamentinin Bazar riskləri şöbəsi üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

İ     İqtisadiyyatda, o cümlədən maliyyə sektorunda potensial dəyişikliklərin bankın fəaliyyətinə təsirinin ölçülməsi;

•     Makroiqtisadi şokların və idiosinokratik risklərin bankın biznesinə təsirinin qiymətləndirilməsi üçün requlyativ, həmçinin bankın daxili qaydalarına uyğun olaraq stress-test modellərinin hazırlanmasında, tətbiq və rəhbərliyə təqdim olunmasında iştirak etmək, müxtəlif ssenarilər üzrə kapital tələbini müəyyənləşdirmək və mümkün olan zərərlərin minimuma endirilməsi üçün preventiv tədbirlərin müəyyən edilməsi;

•     Bankda risklərin idarə edilməsi ilə bağlı requlyativ normaların və bankın risk iştahası ilə müəyyən olunmuş bazar və likvidlik riskləri üzrə limitlərin icrasına nəzarət etmək;

•     Bankın məruz qaldığı bazar və likvidlik risklərinin ölçülməsi üçün mövcud modellərin təkmilləşdirilməsində və yeni modellərin qurulmasında iştirak etmək;

•     Müxtəlif ssenarilər üzrə kapital simulyasiyalarının hazırlanmasında iştirak etmək;

•     Bankın investisiya portfelinin risklərinin qiymətləndirilməsində iştirak etmək;

Tələblər

               İqtisadiyyat və maliyyə sahəsində biliklər;

     •     İqtisadi modelləşdirmə və statistika sahəsində biliklər;

    •      CFA və ya FRM sertifikatlarının olması üstünlükdür;

        •  Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;

   •       Bankların maliyyə hesabatlarını anlama və təhlil edə bilmək bacarıqları;

 •         Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;

       •   Analitik təfəkkür, araşdırma və yüksək təhliletmə qabiliyyəti;

Səviyyə
Aparıcı mütəxəssis / Baş mütəxəssis
Sahə
Risk
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
12 Nov
Yer
Fizuli 71.