Karyera Marafonu 2022 layihəsi çərçivəsində “Şamaxı üzrə Açıq qapı” günü
Müraciət etÜmumi məlumat
Kapital Bank-ın start verdiyi “Karyera Marafonu 2022” layihəsi çərçivəsində “Açıq qapı” gününün növbəti ünvanı Şamaxı şəhəridir. Əziz Şamaxı və ətraf region gəncləri, 12 avqust tarixində Kapital Bank, Dövlət Məşğulluq Agentliyi və Gənclərin İnkişafı və Karyera Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil edilən “Açıq qapı” gününə Sizləri dəvət edirik!
“Açıq qapı” günündə sizləri nələr gözləyir:
• Karyera sərgisi
• İşə qəbul üzrə mütəxəssislərlə görüş
• Filialdakı iş mühiti ilə tanışlıq
• Müxtəlif hədiyyələr
Məkan: Dağlıq-Şirvan Regional Məşğulluq Filialının inzibati binası-Şamaxı şəhəri, S. Ə. Şirvani küç.
Tarix: 12.08.2022
Saat: 14:00
Marafonda iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçməyiniz kifayətdir.
Qeydiyyat linki: kbl.az/kmsm2022