İT İnfrastruktur Departamenti üzrə Bizdən Biri Təcrübə Proqramı

Müraciət et

Ümumi məlumat

Kapital Bank namizədləri  İT İnfrastruktur Departamentində Bizdən Biri Təcrübə Proqramına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Bankın infrastrukturunda istifadə olunan proqram təminatlarını dəstəkləmək;

• Bankın komputer və digər avadanlıqlarının dəstəklənməsini təmin etmək;

• Bankda istifadə edilən poçt və servisləri sazlamaq və onların monitorinqini aparmaq;

• Sistem resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq;

• Bankın sistemlərində mövcud olan problemlərin aradan qaldırılmasında iştirak etmək;

• Mövcud biznes proseslərin və istifadə olunan məlumatların vaxtaşırı təsnifləşdirilməsini həyata keçirmək;

• Şöbə rəisi tərəfindən ona həvalə edilmiş digər öhdəlikləri yerinə yetirmək;

• Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.

Tələblər

• Ali təhsil;

• Texniki biliklər (Sadə əməliyyat sistemləri, PC, notebook, şəbəkə avadınlıqlarını bilmək, periferik qurğular haqqında məlumatlı olmaq və s.)

• Əla səviyyədə Azərbaycan, Rus və ya İngilis dili biliyi;

• Yeni texnologiyaların öyrənilməsi və tətbiqi bacarığının olması;

• Qısa müddət ərzində problemi aşkar etmək və aradan qaldırmaq bacarığı;

• Məsuliyyətli olmaq, topladığı təcrübəni bölüşmək bacarığı;

• Komandada işləmək bacarığı.

Səviyyə
Kiçik mütəxəssis / Mütəxəssis
Sahə
İT İnfrastruktur
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
30 Sep
Yer
Bakı şəhəri, Fizuli küçəsi 71, Kapital Bank, Baş ofis