Prosessinq Şöbəsinin Meneceri

Müraciət et

Ümumi məlumat

Kapital Bank namizədləri İT İnfrastruktur Departamentinin Prosessinq Şöbəsinin Meneceri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

·        Proqram təminatının fasiləsiz, təhlükəsiz fəaliyyətinin və səmərəli istifadəsinin təmin edilməsi;

·        Problemlərin həll olunmasında vendorlar və struktur bölmələr ilə qarşılıqlı əlaqənin saxlanılması, texniki sənədlərin hazırlanması və texniki həllərin realizasiyası;

·        Qabaqçıl Prosessinq Mərkəzinin inkişafı və dəstəklənməsi;

·        Beynəlxalq Ödəniş Sistemlərinin tələblərinə və iş texnologiyalarına, maliyyə tranzaksiyaları standartlarına uyğun işləmə prinsipinin təmin edilməsi;

·        Prosessinq Mərkəzinin proqram kompleksinin iş fəaliyyətinin prinsiplərinin tətbiqi və s.

Tələblər

·        Ali təhsil;

·        Sahə üzrə minimum 5 il iş təcrübəsi;

·        Vahid komandada işləmək qabiliyyəti;

·        Gərgin əmək şəraitində işləmək qabiliyyəti;

·        Məsuliyyətli, diqqətli və analitik olmaq;

·        İnsanlarla işləmək bacarığı.

Səviyyə
Menecer
Sahə
Bank sistemlərinin idarə edilməsi
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
03 Oct
Yer
Bakı şəhəri, Fizuli küçəsi 71, Kapital Bank, Baş ofis