“Kapital Bank” ASC namizədləri Risklərin İdarə Edilməsi departamentinin Kredit Risklərinin idarə edilməsi şöbəsində Bizdən biri təcrübə Proqramı

Müraciət et

Ümumi məlumat

“Kapital Bank” ASC namizədləri Risklərin İdarə Edilməsi departamentinin Kredit Risklərinin idarə edilməsi şöbəsinin Bizdən biri Təcrübə Proqramına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  •           Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
  •      Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  •          Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;

       ·  Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;


Tələblər

  •         İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
  •        Yüksək ünsiyyətqurma qabiliyyəti; 
  •         Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
  •        Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
  •        Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
  •         İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi (Əlavə statistik proqram biliyi arzu olunandır R\python\SAS\Tibco və.s);
Səviyyə
Kiçik mütəxəssis / Mütəxəssis
Sahə
Risk
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
07 Oct
Yer
Fizuli 71.