Birbaşa satışlar bölməsində kiçik mütəxəssis
Müraciət etÜmumi məlumat
"Kapital Bank" ASC namizədləri Pərakəndə satış departamentinin Birbaşa satış və xidmət şöbəsinin Birbaşa satışlar bölməsi üzrə Kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.Öhdəliklər
Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;
· Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif mərkəzlərdəki məntəqələrdə fəaliyyət göstərir;
· Bankın kredit və qeyri-kredit məhsullarının təbliğatı məqsədilə müştərilərlə görüşlər keçirir
· Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
· Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi, Bankın filiallarına yönləndirilməsi;
· Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;
· Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s.
Tələblər
Ali təhsil;
· Məsuliyyətlilik;
· Operativlik;
· Qərar qəbuletmə bacarığı;
· Kollektivdə işləmə bacarığı;
· Müştərilərlə danışma qabiliyyəti;
· Microsoft Office proqramları üzrə biliklər.