IT risklərinin idarə edilməsi departamentinin Informasiya təhlükəsizliyi sistemlərinin idarə edilməsi şöbəsinin Mütəxəssisi / Aparıcı mütəxəssisi/ Baş mütəxəssisi
Müraciət etÜmumi məlumat
Kapital Bank namizədləri IT risklərinin idarə edilməsi departamentinin Informasiya təhlükəsizliyi sistemlərinin idarə edilməsi şöbəsinin Mütəxəssisi / Aparıcı mütəxəssisi/ Baş mütəxəssisi vəzifəsinə
müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
·
Bank sirri xarakterini daşıyan məlumatların kənara
sızılmasının və bankın informasiya bazalarına kənar şəxslərin müdaxiləsinin
qarşısının alınması məqsədi ilə İnformasiya təhlükəsizlik sistemlərinin
qurulması, sazlanması və monitorinqi.
·
Təhlükəsizlik sistemlərinin quraşdırılması üçün tələblərin
hazırlanması və uyğunluğunun yoxlanılması
·
Səlahiyyətli istifadəçilərin qoşulmalarının PAM üzərindən
tətbiqi.
·
NGFW, WAF, NAC sistemlərinin qurulması,
optimizasıyası və idarə edilməsi.
·
Mail Security, Endpoint Security (AV, XDR), Data
Security (DBF, DAM) məhsulları üzrə işləmə bacarığı.
·
Məlumat sızmasının qarşısının alınması sistemlərinin
(DLP) sazlanması, idarə edilməsi.
Tələblər
· İT,
İnformasiya Təhlükəsizliyi, Kompüter elmləri, İnformasiya sistemləri və s. kimi
ixtisaslar üzrə ali təhsilin olması
· İnformasiya
Təhlükəsizliyi və ya diğər əlaqədar İT sahəsində iş təcrübəsinin olması.
· Şəbəkə
təhlükəsizliyi konfiqurasiyası haqqında biliklər, Unix/Linux, Windows və s. əməliyyat
sistemləri, DBA , SQL, scripting bilikləri və sertifikatlar olanlara üstünlük
verilir
· Azərbaycan
və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurmaq bacarıqları (rus dili
arzu olunandır), problemlərin həll edilməsi, koordinasiya və analitik
bacarıqların olması
· Komandanın
bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.