Sahə
HüquqMəşğulluq Növü
Tam iş günüİş imkanı
Ofis işiSon müraciət tarixi
13 OctYer
Bakı şəhəri, Fizuli küçəsi 71, Kapital Bank, Baş ofisÜmumi məlumat
“Kapital Bank” ASC namizədləri Hüquq
və komplayens idarəsinin Korporativ
katiblik şöbəsinin Sənədlərin
qeydiyyatı və dövriyyəsi bölməsinin kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar
komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
·
Daxil olmuş xidməti sənədləri və digər
korrespondensiyaları qəbul etmək;
·
Zərflərin və ya bağlamaların
salamatlığını müəyyənləşdirmək;
·
Zərf açılarkən sənədlərin çatışmadığı,
zədələndiyi, nömrələrin zərfin üstündə göstərilən nömrələrə uyğun gəlmədiyi,
əməkdaşın adının səhv, yaxud natamam yazıldığı, həmçinin bu tipli digər
problemlər aşkar edilərsə aidiyyatı üzrə araşdırmaq;
·
Bankın filiallarından, digər
təşkilatlardan, həmçinin vətəndaşlardan daxil olmuş və göndərilən sənədlərin
qeydiyyatını aparmaq, sənədləri çatdırılması üçün şöbənin digər əməkdaşına
təhvil vermək;
·
Telefon zənglərinə cavab vermək, əməkdaşlara
müfafiq dəstək göstərmək;
·
Banka gələn qonaqları qarşılamaq,
şəxsiyyət vəsiqələrini qəbul edərək qeydiyyatdan keçirmək və qonaqları
aidiyyəti üzrə yönləndirmək;
·
Banka gələn müştəriləri dinləmək,qeydiyyatını
aparmaq və aidiyyatı üzrə yönləndirmək;
·
Əmək müqaviləsi, Şöbənin əsasnaməsi,
habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq
göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək;
·
Birbaşa rəhbəri, İdarə Heyəti sədri,
tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi
qərarlardan, əmək müqaviləsindən, filialın Əsasnaməsi və fəaliyyətinə dair
bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları
qeyd-şərtsiz yerinə yetirmək və s.
Tələblər
·
Ali təhsil;
·
Azərbaycan dilində səlis yazı və danışıq
qabiliyyəti;
·
Rus dili mütləqdir, ingilis dili
arzuolunandır;
·
Bankçılıq sahəsi haqqında ilkin anlayış;
·
Tez öyrənmə bacarıqları, problemlərin
həlli və ya həll yolları təklif etmə;
·
Detallara diqqət, dəqiqlik və təcili
işlərə həssaslıq;
·
Microsoft Word, Excel və internetdə
işləmə bacarığı;
·
Təşəbbüskarlıq və məsuliyyətlilik
qabiliyyəti.
Bənzər vakansiyalar
Bank haqqında:
Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır. Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz. Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.
Rol haqqında:
Bizimlə işləməyin üstünlükləri:
● Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
● Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
● Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
● Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
● Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
● Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.