Partnyor Şəbəkəsinin İdarə Edilməsi Departamentinin Loyallıq Layihələrinin İnkişafı Şöbəsinin Aparıcı Mütəxəssisi

Müraciət et

Ümumi məlumat

Kapital Bank namizədləri Partnyor Şəbəkəsinin İdarə Edilməsi Departamentinin Loyallıq layihələrinin inkişafı şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Şöbə rəisi tərəfindən təyin olunmuş müvafiq layihələr üzrə Bankın potensial partnyoru ola biləcək mağaza və şirkətləri bazar araşdırması vasitəsilə tapmaq və siyahısını tərtib etmək;
  • Mövcud layihələr üzrə partnyorluğa cəlb olunmuş partnyorların bankla əməkdaşlıq müddəti ərzində yaranmış çətinliklərinin aradan qaldırılması ilə bağlı tədbirlər görmək;
  • Partnyorlar tərəfindən kampaniya müraciətlərinin bulu, icrası ilə bağlı müvafiq departamentlərə yönləndirmək və icrasını təqib etmək;
  • Bankın Loyallıq layihələri üzrə partnyorların genişləndirilməsi istiqamətində yeni partnyorların cəlb olunması istiqamətində işlər aparmaq və nəzarət etmək;
  • Mövcud Partnyorlarla işin optimallaşdırılması üçün təkliflər vermək;
  • Loyallıq layihələrinin inkişafı istiqamətində partnyor şəbəkəsi ilə işi qurmaq;
  • Şöbə rəisi göstərişinə əsasən, qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirmək.

Tələblər

  • Ali təhsil (magistr dərəcəsi arzuolunandır);
  • Müvafiq sahədə 3 il iş təcrübəsi;
  • Azərbaycan dili, rus dili, ingilis dili biliyi;
  • Kompüterdən istifadə bacarığı (MS Office proqramları);
  • Komandada işləmək bacarığı;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Təhlil etmək bacarığı.



Səviyyə
Aparıcı mütəxəssis / Baş mütəxəssis
Sahə
Partnyorlarla iş
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
01 Oct
Yer
Badamdar ofisi