Xidmətə Dəstək və Nəzarət Şöbəsinin Meneceri
Müraciət etÜmumi məlumat
Kapital Bank namizədləri Pərakəndə satış idarəsinin Partnyor şəbəkəsinin idarə edilməsi departamentinin Xidmətə dəstək və nəzarət şöbəsinin meneceri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.Öhdəliklər
- POS-terminallar/Elektron ticarət üzrə vendor şirkətlərlə əlaqədə olur, müzakirələr aparır və təkliflər verir;
- POS-terminalların quraşdırılması və istifadə edilməsi ilə əlaqədar Bankın filialları, partnyorları üzrə məsul şəxslərinə pos terminalın istifadə qaydasına dair təlimin keçirilməsinə nəzarət edir;
- Partnyorlar tərəfindən qaynar xəttə daxil olan sorğuların icrasına nəzarət edir;
- Partnyor şəbəkəsi üzrə monitorinq və nəzarəti həyata keçirir;
- Partnyor şəbəkəsində yaranan texini problemləri araşdırıb aradan qaldırılması üzrə müvafiq tədbirlər görülməsinə nəzarət edir;
- Bankın ekvayrinq sahəsi üzrə bizness inkişafında aktiv iştirak edir;
- Şöbənin işini təşkil edir, nəzarət, optimallaşdırma və inkişaf işlərini aparır;
- Şöbənin işinə rəhbərlik edir.
Tələblər
· Ali təhsil;
· Sahə üzrə ən azı 3 illik iş təcrübəsi;
· Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə inglis dili və rus dili biliyi;
· Komputer biliyi: yüksək səviyyədə MS Office bilikləri;
· Yüksək analitik qabiliyyət;
· Təşkilatçılıq və rəhbərlik qabiliyyəti;
· Məsuliyyətlilik,
operativlik və qərarvermə qabiliyyəti.