Kapital Bank Karyera Marafonu 2022 Lənkəran
Müraciət etÜmumi məlumat
Kapital Bank “Karyera Marafonu 2022” layihəsinə start verir!Əziz gənclər, ilk görüş yerimiz gözəl Lənkəran şəhəridir. Lənkəran və ətraf regionlarda yaşayan gənc istedadlar, sizə səslənirik! Peşəkar həyata addım atmaq, özünüzü doğrultmaq, içinizdəki potensialı reallaşdırmaq istəyirsiniz? Kapital Bank məhz sizin kimi gənclərin axtarışındadır. Odur ki, Bankımızdakı mövcud karyera və inkişaf imkanları ilə tanış olmaq üçün Karyera Marafonumuza qoşulmağa tələsin.
Karyera Marafonunda sizləri nələr gözləyir:
• Karyera sərgisi
• Mütəxəssislər tərəfindən müxtəlif mövzularda məlumat sessiyaları
• Workshop-lar
• Maraqlı oyunlar
Tarix: 23 sentyabr 2022-ci il
Məkan: Lənkəran şəhəri, Heydər Əliyev Mərkəzi
Vaxt: 15:00