Arxiv şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi
Müraciət etÜmumi məlumat
“Kapital Bank” ASC namizədləri Hüquq və komplayens idarəsinin Hüquq və komplayens departamentinin Arxiv şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.Öhdəliklər
·
Arxiv
şöbəsinə Baş ofisdən və filiallardan təhvil verilməli olan
qovluq və bağlamaların müvafiq prosedurun tələblərinə əsasən
yoxlanılaraq təhvil – təslim aktı əsasənda qəbul edilməsi;
·
Qəbul
edilmiş qovluq və bağlamaları uyğun xronoloji ardıcıllıq üzrə rəflərə
yığılması;
·
Ehtiyac
yarandıqda sənədlərin tarix və aidiyyəti üzrə qruplaşdırılması,
qovluqlara yerləşdirilməsi və reyestrinin tərtib edilməsi;
·
Bəzi
arxiv sənədlərinin elektron məlumat daşıyıcılarında (scan formada) əks
etdirilməsi və sorğu verən struktur bölməyə və/və ya vəzifəli şəxsə elektron
sistem vasitəsi ilə göndərilməsi;
·
Təhvil
alınmış sənədlərin təhvil - təslim aktlarının elektron reystrinin təşkil
edilməsi;
·
Saxlanma
müddəti başa çatmış sənədlərin ayırılması və bu barədə müvafiq aktın tərtib
edilməsi;
·
Rəhbər
və ya digər səlahiyyətli şəxslərin tələbnaməsi ilə kağız formada saxlanılan
sənədlərin müvəqqəti istifadə üçün sorğu edən şəxslərə təhvil verilməsinin
təmin edilməsi və s.
Tələblər
·
Ali
təhsil;
·
Azərbaycan
və Rus dillərində səlis danışıq və yazı;
·
Arxiv
sahəsi üzrə minimum 1 il iş təcrübəsinə malik olmaq;
·
Tez
öyrənmə bacarıqları, problemlərin həlli və həlli yollarını təklif etmək,
detallara diqqət, dəqiqlik , təcili işlərə həssaslıq;
·
MS
office proqramlarında işləmə bacarığı;
·
Yaradıcılılıq
və təşəbbüskarlıq;
·
Özünütənqid
və məsuliyyətlilik qabiliyyəti.