Avtomatlaşdırılmış bank sistemləri şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis

Müraciət et

Ümumi məlumat

“Kapital Bank” ASC namizədləri İT İnfrastruktur Departamentinin Avtomatlaşdırılmış bank sistemləri şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

          Rəhbərlik tərəfindən Bank əməliyyat sistemlərinin (BƏS) inkişafı ilə bağlı daxil olan tapşırıqların analizini apararaq sistemlərin təkmilləşdirilməsi istiqamətində təkliflər irəli sürülməsi;

·       BƏS-ə aid olan dəyişikliklərin mövcud standartlar əsasında icra və tətbiq edilməsi;

·       BƏS-in işləmə prinsipi və standartların başa düşülməsi və bu qaydaların inkişafı ilə bağlı təkliflər verilməsi;

·       BƏS üzrə hazırlanacaq yeni servis və funksionallıqları icraya götürmədən öncə komanda üzvləri ilə birlikdə müzakirə aparıb, asılılıqların müəyyən edilməsi;

·       Bilavasitə rəhbərinin göstərişlərinin, təlimatlarının və tapşırıqlarının keyfiyyətli və vaxtında yerinə yetirilməsi;

·       BƏS-in fasiləsiz, təhlükəsiz fəaliyyətini və səmərəli istifadəsinin təmin edilməsi;

·       BƏS-in fəaliyyəti prosesində ortaya çıxan nasazlıqların vaxtında aşkar edilməsi və aradan qaldırılması;

·       Əmək müqaviləsi, departamentin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaların icra edilməsi.

Tələblər

           Sahə üzrə minimum 2 il iş təcrübəsi;

·       Alqoritm nəzəriyyəsi bilikləri;

·       Oracle verilənlər bazası üzrə proqramlaşdırma təcrübəsi (SQL və PL/SQL dil bilikləri);

·       Bank prossesləri haqqında məlumatlı olmaq və bank sistemləri ilə iş təcrübəsi;

·       Analitik düşüncə;

·       Komanda tərkibində və fərdi işləmə bacarığı.

Səviyyə
Aparıcı mütəxəssis / Baş mütəxəssis
Sahə
Layihələrin idarə edilməsi
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
01 Nov
Yer
Bakı şəhəri, Fizuli küçəsi 71, Kapital Bank, Baş ofis