KOS kreditlərin təhlili şöbəsinin aparıcı mütəxəssisi

Müraciət et

Ümumi məlumat

Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin KOS kreditlərin təhlili şöbəsi Aparıcı Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

·       Kredit, qarantiya skorinq prosesi kredit, qarantiya sifarişlərinə baxır və təhlil edir;

·       Kredit, qarantiya skorinq modellərininin təkminləşdirilməsində iştirak edir, bu istiqamətdə təkliflər verir;

·       Kreditləşmə prosesləri üzrə protokol, təhlil, memorandum, kalkulyator və s. formaların qurulmasında, təkminləşdirilməsində iştirak edir, bu istiqamətdə təkliflərini verir;

·       Müraciətlər əsasında Kiçik və Orta Sahibkarlıq subyektləri üzrə kreditləşmə və sənədli əməliyyatların aparılması, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə müştərinin təhlili həyata keçirir və onlar barədə rəy verir;

·       Kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlayır;

·       Kredit komitəsində müraciətlər üzrə müzakirələrdə iştirak edir;

·       Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra edir.

Tələblər

·       Bank sahəsində kredit və qarantiya məhsulları üzrə ən azı 1 il iş təcrübəsi olmalı;

·       Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;

·       Qarantiya və kredit məhsulları sifarişləri üzrə təhlil bacarığı;

·       Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;

·       ACCA F3/FFA, ACCA F7/FR (arzuolunan)

·       Yüksək səviyyədə Excel bacarığı (reportların və excel şablon/kalkulyatorların hazırlanması);

·       PowerPoint və prezentasiya proqramları üzrə işləmək bacarığı;

·       Müxtəlif növ hesabatların qurulması və onların avtomatlaşdırılması istiqamətində təklifləri vermək;

·       Yüksək ünsiyyətqurma qabiliyyəti; 

Səviyyə
Aparıcı mütəxəssis / Baş mütəxəssis
Sahə
Kredit / Anderraytinq
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
30 Nov
Yer
Bakı şəhəri, Fizuli küçəsi 71, Kapital Bank, Baş ofis