İT İnfrastruktur Departamentinin Sistem və şəbəkənin idarə edilməsi şöbəsində aparıcı mütəxəssis/baş mütəxəssis

Müraciət et

Ümumi məlumat

Kapital Bank namizədləri İT İnfrastruktur Departamentinin Sistem və şəbəkənin idarə edilməsi şöbəsində aparıcı mütəxəssis/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

          Bankın şəbəkə infrastrukturunun sazlanması və idarə olunması;

·       Bankın şəbəkə infrastruktunun təhlükəsizliyinin təmin olunması;

·       Bankın şəbəkə infrastrukturunun sənədləşdirilməsi və mütəmadi yenilənməsi;

·       Bankın şəbəkə infrastrukturunun monitorinqi və nəzarət olunması;

·       Şəbəkə resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparılması;

·       Şəbəkə infrastrukturunda mövcud olan problemlərin aradan qaldırılmasında iştirak edilməsi və s.

Tələblər

         İT sahəsində ali təhsil;

·       Şəbəkələrin idarə olunması sahəsində ən azı 3 illik iş təcrübəsi;

·       IS-IS, OSPF və BGP protokollarının sazlanması və idarə olunması;

·       VPN texnologiyaları ilə iş bacarığı (DMVPN, İPSec, RA VPN);

·       Firewallarla iş təcrübəsi (Palo Alto);

·       Cisco İSE ilə iş təcrübəsi;

·       Wireless şəbəkəsi ilə iş təcrübəsi (Cisco WLC, HP WLC);

·       Müxtəlif istehsalçıların şəbəkə avadanlıqları ilə işləmək qabiliyyəti;

·       CCNA Security, CCNP R/S sertifikatı və ya ekvivalent biliyin olması mütləqdir;

·       PCNSA sertifikatı və ya ekvivalent biliyin olması arzu olunandır;

SD-WAN və SDA biliklərinin olmağı arzu olunandır.

 

Səviyyə
Aparıcı mütəxəssis / Baş mütəxəssis
Sahə
İT Proqramlaşdırma
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
27 Dec
Yer
Bakı şəhəri, Fizuli küçəsi 71, Kapital Bank, Baş ofis