Alternativ satış kanalları şöbəsinin aparıcı mütəxəssisi (Hunter RM / Bərdə)
Müraciət etÜmumi məlumat
Kapital Bank namizədləri Kiçik və Orta Sahibkarlarla iş departamentinin Alternativ satış kanalları şöbəsinin aparıcı mütəxəssisi (Hunter RM) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
· Bankın potensial KOS kateqoriyasına aid olan müştəri bazasını müəyyən edir;
· Müştərilərlə birbaşa ünsiyyətə girir və onları banka cəlb edir;
· Mövcud müştəri bazası ilə işləyir, müştərilərdən xidmətlər üzrə sifarişlər qəbul edir və sifariş üzrə satışı həyata keçirir;
· Müştərilərin əməliyyatlarında yaranmış problemləri həll edir;
· Gördüyü işlər haqqında bölmə rəisinə gündəlik müvafiq formaya uyğun elektron hesabat təqdim edir. Şöbə rəisinin göstərişinə əsasən qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirir.
Tələblər
· Ali təhsilli olmalı (İqtisadi sahələr arzu olunandır);
· Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olmalı;
· Microsoft Office proqram paketini bilməli;
· Azərbaycan və Rus dili biliyi olmalı;
· Komandada işləmək bacarığı olmalı;
· İşgüzar ünsiyyət və təhlil etmə bacarığı olmalıdır.