Alternativ satış kanalları şöbəsinin aparıcı mütəxəssisi (Farmer RM)
Müraciət etÜmumi məlumat
Kapital Bank namizədləri Korporativ və KOS satışlar idarəsinin Kiçik və orta sahibkarlarla iş departamentinin Alternativ satış kanalları şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
· Bankın KOS kateqoriyasına aid olan müştərilərdən bank xidmətləri üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
· Bu kateqoriyaya aid müştərilərdən kredit sifarişlərini qəbul etmək, sifarişi təhlil edərək müvafiq Kredit Komitəsinə təqdim etmək;
· Yeni müştərilər cəlb etmək və mövcud portfeli idarə etmək;
· Problemli kreditlər üzrə ilkin təqibi həyata keçirmək;
· Əmək müqaviləsi, departamentin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
Tələblər
· Ali iqtisadi təhsil olmalı;
· Azərbaycan və Rus dili biliyi olmalı;
· Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olmalı;
· Analitik düşünmə qabiliyyəti olmalı;
· Detallar ilə işləmə bacarığı olmalı;
· Microsoft Office proqram paketini bilməli.