KOS satışın təhlili şöbəsinin aparıcı mütəxəssisi

Müraciət et

Ümumi məlumat

Kapital Bank namizədləri Korporativ və KOS satışlar idarəsinin Kiçik və Orta Sahibkarlarla iş departamentinin KOS satışın təhlili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

·       Bankdaxili və bankdan kənar məlumatlar bazasından istifadə edərək satış komandası üçün potensial müştəri bazasının formalaşdırılması;

·       Satış trendlərinin departament, şöbə, qrup və işçi səviyyəsində izlənilməsi;

·       Satışda effektivliyin artırılması istiqamətində müxtəlif analitik hesabatların təqdim edilməsi;

·       Aktivliyi azalmış müştəriləri müəyyən  edərək cross sale və up sale istiqamətində hesabatların hazırlanması;

·       CRM idarəedilməsi prosesinə nəzarət;

·       Periodik hesabatların zamanında və dəqiq göndərilməsi;

·       Cari işin optimallaşdırılması və avtomatlaşdırılnasının təşkili;

·       Bazarda rəqiblər və tendensiyalar haqqında məlumatların toplanması və təhlil edilməsi.

Tələblər

·       Bank sektorunda müvafiq sahə üzrə ən azı 2 illik iş təcrübəsi olmalı;

·       Data analitika sahəsində iş təcrübəsinin olması üstünlükdür;

·       Analitik düşüncə, ünsiyyət və təqdim etmə bacarıqları olmalı;

·       Yüksək səviyyədə excel bilikləri olmalıdır.

Səviyyə
Aparıcı mütəxəssis / Baş mütəxəssis
Sahə
Analtika
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
18 Dec
Yer
Bakı şəhəri, Fizuli küçəsi 71, Kapital Bank, Baş ofis