Birbaşa satışlar bölməsində kiçik mütəxəssis

Müraciət et

Ümumi məlumat

"Kapital Bank" ASC namizədləri Pərakəndə satış departamentinin Birbaşa satış və xidmət şöbəsinin Birbaşa satışlar bölməsi üzrə Kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

           Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;

·        Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif mərkəzlərdəki məntəqələrdə fəaliyyət göstərir;

·        Bankın kredit və qeyri-kredit məhsullarının təbliğatı məqsədilə müştərilərlə görüşlər keçirir

·        Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;

·        Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi, Bankın filiallarına yönləndirilməsi;

·        Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;

·        Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s.

Tələblər

           Ali təhsil;

·        Məsuliyyətlilik;

·        Operativlik;

·        Qərar qəbuletmə bacarığı;

·        Kollektivdə işləmə bacarığı;

·        Müştərilərlə danışma qabiliyyəti;

·        Microsoft Office proqramları üzrə biliklər.

Səviyyə
Kiçik mütəxəssis / Mütəxəssis
Sahə
Satış
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
21 Dec
Yer
Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq 2E küçəsi