IT risklərinin idarə edilməsi departamentinin Informasiya təhlükəsizliyi sistemlərinin idarə edilməsi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi

Müraciət et

Ümumi məlumat

Kapital Bank namizədləri IT risklərinin idarə edilməsi departamentinin Informasiya təhlükəsizliyi sistemlərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

·        Bank sirri xarakterini daşıyan məlumatların kənara sızılmasının və bankın informasiya bazalarına kənar şəxslərin müdaxiləsinin qarşısının alınması məqsədi ilə İnformasiya təhlükəsizlik sistemlərinin qurulması, sazlanması və monitorinqi.

·        Təhlükəsizlik sistemlərinin quraşdırılması üçün tələblərin hazırlanması və uyğunluğunun yoxlanılması

·        Səlahiyyətli istifadəçilərin qoşulmalarının PAM üzərindən tətbiqi.

·        NGFW, WAF, NAC sistemlərinin qurulması, optimizasıyası və idarə edilməsi.

·        Mail Security, Endpoint Security (AV, XDR), Data Security (DBF, DAM) məhsulları üzrə işləmə bacarığı.

·        Məlumat sızmasının qarşısının alınması sistemlərinin (DLP) sazlanması, idarə edilməsi.

Tələblər

·       İT, İnformasiya Təhlükəsizliyi, Kompüter elmləri, İnformasiya sistemləri və s. kimi ixtisaslar üzrə ali təhsilin olması

·       İnformasiya Təhlükəsizliyi və ya diğər əlaqədar İT sahəsində iş təcrübəsinin olması.

·       Şəbəkə təhlükəsizliyi konfiqurasiyası haqqında biliklər, Unix/Linux, Windows və s. əməliyyat sistemləri, DBA , SQL, scripting bilikləri və sertifikatlar olanlara üstünlük verilir

·       Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurmaq bacarıqları (rus dili arzu olunandır), problemlərin həll edilməsi, koordinasiya və analitik bacarıqların olması

·       Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Səviyyə
Aparıcı mütəxəssis / Baş mütəxəssis
Sahə
İnformasiya təhlükəsizliyi – Kibertəhlükəsizlik
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
15 Mar
Yer
Fizuli 71.