Təşkilati öyrənmə və İnkişaf şöbəsinin rəisi
Müraciət etÜmumi məlumat
Kapital Bank namizədləri İnsan
Resurslarının İdarə edilməsi departamentinin Təşkilati öyrənmə və İnkişaf şöbəsinin
rəisi vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
· Biznesin
ehtiyaclarına və prioritetlərinə uyğun olaraq effektiv öyrənmə və inkişaf
proqramlarının hazırlanması və həyata keçirilməsi ilə şirkətə məqsədlərinə
çatmasında kömək etmək;
· Öyrənmə və
inkişafla bağlı cari biznes məsələləri və imkanları haqqında güclü anlayış əldə
etmək üçün bizneslə güclü tərəfdaşlıq qurmaq;
· İşçilərin
öz funksiyalarını uğurla yerinə yetirmək üçün lazımi biliklərə malik olmasını təmin
etmək üçün təşkilatın ehtiyac təhlilinin aparılması və təlim planlarının
yaradılması;
· Şirkət
daxilində müxtəlif təlim metodlarının həyata keçirilməsi, məsələn, kouçinq, job-shadowing٫
onlayn təlimlər;
· Davamlı təkmilləşdirməyə
yönəlmiş layihələrin müəyyən edilməsi və idarə olunması;
· Büdcə idarəetməsi.
Tələblər
·
Təşkilati
Təlim və İnkişaf şöbəsinin meneceri, təlim meneceri və ya oxşar vəzifə kimi iş
təcrübəsi;
·
Təlim
və inkişafın effektiv üsulları haqqında müasir biliklər;
·
Online
təlim platformaları haqda məlumat;
·
Layihələrin
idarə edilməsi və büdcə tərtibi sahəsində təcrübəyə malik olma;
·
MS
Office və təlim idarəetmə sistemləri üzrə peşəkar biliklər;
·
İşçilər
və xarici tərəfdaşlarla əlaqələr qurmaq bacarığı;
·
Peşəkar
sertifikatın olması üstünlükdür;
·
Təlim
və proqram təminatı sahəsində ən son tendensiyaları yaxşı bilmək;
·
Biznes,
psixologiya və ya əlaqəli sahədə ali təhsil.