Mikro kreditlərin təhlili şöbəsinin mütəxəssisi

Müraciət et

Ümumi məlumat

Kredit Anderraytinqi departamentinin Mikro kreditlərin təhlili şöbəsinin mütəxəssisi 

Öhdəliklər

- Müraciətlər əsasında mikro kreditlərin və mikro məhsulların verilməsi, restrukturizasiya və ya şərtlərə əlavə və dəyişikliklərin edilməsi üzrə müştərinin təhlilini həyata keçirilməsi, ehtiyac olduqda yerində baxış keçirilməsi və onlar barədə rəy verilməsi;

- Tələb olunduğu halda şöbənin fəaliyyətinə uyğun hesabatların hazırlanması;

- Risklərin düzgün qiymətləndirilməsi və ya təminatın kifayət olub-olmamasını yoxlanılması;

- Kredit komitəsində müraciətlər üzrə müzakirələrdə iştirak edilməsi;

- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edilməsi;

- Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirilməsi;

- Şöbənin fəaliyyəti üçün zəruri olan məlumatın toplanması və emalında iştirak edilməsi.

Tələblər

- Mikro kreditlərin satışı və ya təhlili sahəsində iş təcrübəsi;

Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyətinə malik olmaq;

- Analitik düşüncə qabiliyyətinə malik olmaq;

- İqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqlarına malik olmaq;

- Bankın fəaliyyətində istifadə edəcəyi informasiya texnologiyalarına dair proqramları (Microsoft Office Excel/Word və sair) bilmək;

- Mikro kreditlərin verilməsi sahəsində birbaşa əlaqəli biliklərə, təcrübəyə və bacarıqlara malik olmaq.

Səviyyə
Kiçik mütəxəssis / Mütəxəssis
Sahə
Kredit / Anderraytinq
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
27 Feb
Yer
Bakı şəhəri, Fizuli küçəsi 71, Kapital Bank, Baş ofis