İT İnfrastruktur Departamentinin Prosessinq Şöbəsinin mütəxəssisi
Müraciət etÜmumi məlumat
Kapital Bank namizədləri İT İnfrastruktur Departamentinin Prosessinq Şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.Öhdəliklər
Prosessinq Mərkəzi üçün rəhbərliyin təklif etdiyi standartlar əsasında proqram təminatının tətbiqi;
· Bilavasitə rəhbərinin göstərişlərinin, təlimatlarının və tapşırıqlarının keyfiyyətli və vaxtında yerinə yetirilməsi;
· Prosessinq proqram təminatının inkişafı üzrə biznes tələblərin ekspert təhlili;
· Prosessinq Mərkəzinin fasiləsiz, təhlükəsiz fəaliyyətinin və səmərəli istifadəsinin təmin edilməsi;
· MasterCard və VISA Beynəlxalq Ödəniş Sistemləri texnologiyalarının tətbiqi;
· Texniki sənədlərin hazırlanması;
· MasterCard və VISA Beynəlxalq Ödəniş Sistemlərinin tələblərinə və iş texnologiyalarına, maliyyə tranzaksiyaları standartlarına (ISO8583) uyğunluğunun nəzarətdə saxlanılması və s.
Tələblər
Ali təhsil;
· Sahə üzrə minimum 1 il iş təcrübəsi;
· Vahid komandada işləmək qabiliyyəti;
· Gərgin əmək şəraitində işləmək qabiliyyəti;
· Məsuliyyətli, diqqətli olmaq.