İnformasiya Təhlükəsizliyi Strategiyası və Risklərinin İdarə Edilməsi Şöbəsinin Mütəxəssisi/Aparıcı Mütəxəssisi/Baş Mütəxəssisi

Müraciət et

Ümumi məlumat

Kapital Bank namizədləri İnformasiya Təhlükəsizliyi Strategiyası və Risklərinin İdarə Edilməsi Şöbəsinin Mütəxəssisi/Aparıcı Mütəxəssisi/Baş Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Bankda informasiya təhlükəsizliyini təmin edən vasitələr haqda məlumatların təhlilini aparmaq, mövcud qüsur və nöqsanların aradan qaldırılması üçün şöbə müdirinin qarşısına təkliflərlə çıxış etmək;
  • PCİ DSS standartlarının tələblərinə uyğunluğun təmin olunması üzrə tədbirlər həyata keçirmək;
  • İT infrastrukturda olan boşluqların aşkar olunması və aradan qaldırılması üçün tədbirlər həyata keçirmək;
  • İT və İnformasiya təhlükəsizliyi üzrə risk qiymətləndirmələrini həyata keçirmək;
  • Uyğunsuzluqların aşkar olunması məqsədilə mütəmadi audit və yoxlamalar aparmaq;
  • İT və İnformasiya təhlükəsizliyi sahəsində siyasət və prosedurların hazırlanmasına və mövcud sənədlərin yenilənməsinə dəstək olmaq;
  • İnformasiya təhlükəsizlyi siyasətlərinə, standartlarına, qayda və proseduralarına riayət edilməsinə nəzarət etmək;
  • Risklərin idarə edilməsi sisteminin davamlı inkişafına dəstək olmaq;
  • Risk idarəetməsi sahəsində daxili hesabatların hazırlanmasına dəstək olmaq;
  • İnformasiya aktivlərinin təsnifatı prosesinin həyata keçirilməsinə dəstək olmaq;
  • Biznesin davamlılığı və böhran hallarının idarəedilməsi üzrə planların hazırlanmasında, işlək vəziyyətdə saxlanılmasında aidiyyatı strukturlara dəstək olmaq;
  • Şöbənin işini təkmilləşdirmək məqsədi ilə təkliflər vermək;
  • Şöbənin fəaliyyətinə aid digər funksiyaları həyata keçirmək.

Tələblər

  • Ali təhsil;
  • İnformasiya təhlükəsizliyi sahəsində iş təcrübəsi;
  • Azərbaycan, rus və ingilis dili bilikləri;
  • İnformasiya təhlükəsizliyi sahəsində qanunvericilik biliyi;
  • Məxfilik və informasiya təhlükəsizliyini qoruma bacarığı;
  • Öhdəlikləri üzrə məsuliyyətlilik və cavabdehlik.
Səviyyə
Aparıcı mütəxəssis / Baş mütəxəssis
Sahə
İnformasiya təhlükəsizliyi – Kibertəhlükəsizlik
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
01 Apr
Yer
Bakı, Azərbaycan