Nəzarət departamentinin Pərakəndə kreditlərin monitorinqi şöbəsinin baş mütəxəssisi

Müraciət et

Ümumi məlumat

Kapital Bank namizədləri Nəzarət departamentinin Pərakəndə kreditlərin monitorinqi şöbəsinin baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

Bankın kredit siyasətinin həyata keçirilməsində iştirak etmək, bu siyasətin tələblərinə əsasən istehlak təyinatlı kreditlərin monitorinqlərinin icrasını təmin etmək;         

·       Tabeçiliyində olduğu rəhbər tərəfindən verilmiş bölgü və ya göstərişlər əsnasında bankın kredit portfeli (müştərilər) üzrə (planlı və növbədənkənar) monitorinqlər həyata keçirmək;

·       Monitorinqlərin aparılması məqsədi ilə zəruri məlumatları aidiyyatı qurumlardan əldə etmək;

·       Monitorinq predmeti olacaq yeni sahələrin xüsusiyyətlərini öyrənmək;   

·       Müştəri tərəfindən banka təqdim edilmiş məlumatların və kreditləşmənin qaydalar çərçivəsində icrasını monitorinq edərək, borcun ödənilməsinə təsir edəcək riskləri aşkarlayaraq şöbənin rəhbərliyinə monitorinqin nəticələrini əks etdirən hesabat və akt təqdim etmək; 

·       Monitorinqin icrası zamanı bankdaxili bütün prosedurlara düzgün riayət olunması üçün məsuliyyət daşımaq;

·       Rəhbərlik tərəfindən ona həvalə edilmiş digər vəzifələri yerinə yetirmək;

·       Əmək müqaviləsi, şöbənin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.

Tələblər


·  Ali təhsil;

Yüksək səviyyədə Excel və SQL  biliklərinə malik olmalı

İFRS9, R və Python üzrə biliklər arzu olunandır;

Modelləşmə sahəsində, və Audit/Nəzarət/ Kredit riskləri üzrə minimum 2 il iş təcrübəsi;

Yüksək yazılı nitq bacarığı, analitik qabiliyyət və riyazi düşüncə;

Dəqiqlik və detallara qarşı diqqətlilik kimi keyfiyyətlərə sahiblik;

Ofis proqlamları və bank əməliyyat sistemlərilə işləmə bacarığı;

Əla səviyyədə Azərbaycan dili biliyi, Rus və İngilis dili biliyi arzuolunandır;

Səviyyə
Aparıcı mütəxəssis / Baş mütəxəssis
Sahə
Nəzarət
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
31 Dec
Yer
Bakı ş.