Bazar Riskləri və Risk Hesabatlığı Şöbəsinin Baş Mütəxəssisi
Müraciət etÜmumi məlumat
Kapital Bank namizədləri Risklərin idarə edilməsi departamentinin Bazar riskləri və risk hesabatlığı şöbəsinin baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Bankda risklərin idarə edilməsi ilə bağlı requlyativ normaların və bankın risk iştahası ilə müəyyən olunmuş kredit, bazar və likvidlik riskləri üzrə limitlərə nəzarət edilməsi;
- Müxtəlif ssenarilər üzrə risk yönümlü simulyasiyaların hazırlanmasında iştirak edilməsi;
- Likvidlik və bazar riskləri üzrə ssenari analizlərin aparılması;
- LCR, NSFR, ani likvidlik göstəricilərinin hesablanması, ödəniş müddətlərinin bölgüsü və likvidlik qəpi kimi təhlillərin aparılması;
- Likvidlik, bazar və kredit riskləri üzrə ümumiləşmiş hesabatların hazırlanması;
- Faiz dərəcəsi riskinin qiymətləndirilməsi və modellərin yenilənməsində iştirak edilməsi.
Tələblər
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
- Praktiki Excel bacarıqları;
- SQL və ya Python-da proqramlaşdırma təcrübəsi
- Tableau-da işləmək bacarıqları arzuolunandır;
- CFA və ya FRM sertifikatlarına sahib olma arzuolunandır;
- İngilis dili biliklərinin olması mütləqdir, rus dili bilikləri arzuolunandır.