İT İnfrastruktur Departamentinin Texniki Dəstək Şöbəsində Təcrübəçi

Müraciət et

Ümumi məlumat

Kapital Bank namizədləri İT İnfrastruktur Departamentinin Texniki Dəstək Şöbəsində Təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Bankın infrastrukturunda istifadə olunan proqram təminatlarını dəstəkləmək;

• Bankın kompüter və digər avadanlıqlarının dəstəklənməsini təmin etmək;

• Bankda istifadə edilən poçt və servisləri sazlamaq və onların monitorinqini aparmaq;

• Sistem resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq;

• Bankın sistemlərində mövcud olan problemlərin aradan qaldırılmasında iştirak etmək;

• Mövcud biznes proseslərin və istifadə olunan məlumatların vaxtaşırı təsnifləşdirilməsini həyata keçirmək;

• Rəhbəri tərəfindən ona həvalə edilmiş digər öhdəlikləri yerinə yetirmək.

Tələblər

• Texniki sahədə ali təhsil və ya peşə təhsili;

• Yeni texnologiyaların öyrənilməsi və tətbiqi bacarığının olması;

• Qısa müddət ərzində problemi aşkar etmək və aradan qaldırmaq bacarığı;

• Məsuliyyətli olmaq, topladığı təcrübəni bölüşmək bacarığı;

• Əla ünsiyyət qurma bacarığı;

• Komandada işləmək bacarığı.

Səviyyə
Kiçik mütəxəssis / Mütəxəssis
Sahə
İT Proqramlaşdırma
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
10 Jun
Yer
Bakı şəhəri, Fizuli küçəsi 71, Kapital Bank, Baş ofis