Nəzarət departamentinin Pərakəndə kreditlərin monitorinqi şöbəsinin mikro kreditlərin monitorinqi üzrə kiçik mütəxəssisi/mütəxəssisi (Qərb, Aran, Cənub regionları üzrə)
Müraciət etÜmumi məlumat
Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır.
Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz.
Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.
Rol haqqında
Mikrokredit məhsulları üzrə planlı və növbədənkənar monitorinqləri həyata keçirmək, aşkarlanmış nöqsanlar barədə hesabatları tərtib etmək və nəzarət prosedurlarının təkmilləşdirilməsi üçün namizəd axtarırıq. Mikrokredit məhsullarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması əsas məqsədimizdir.
Bizimlə işləməyin üstünlükləri
● Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
● Multikultural mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk. Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.
● Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
● Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
● Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
● Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
● Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.
Öhdəliklər
- Mikromaliyyələşdirmə üzrə verilmiş kredit portfelinin mütəmadi monitorinqini aparmaq;
-
Monitorinqin
nəticələrini hesabat şəklində tərtib etmək;
-
Ehtiyac
olduğu halda mikromaliyyələşdirmə kreditləri üzrə daxil olmuş müştəri şikayətlərini
araşdırmaq;
-
Şübhəli
hallar barədə daim rəhbərliyi vaxtında məlumatlandırmaq;
-
Mikromaliyyələşdirmə
üzrə kredit vermə prosesi və prosedurunun təkmilləşdirilməsinə dair təkliflər
vermək;
-
Monitorinqlərin
aparılması zamanı mövcud qanunverilciliyin və ya Mərkəzi Bankın normativ
xarakterli aktların tələblərinin pozullması barədə dərhal məsul şəxsə müvafiq məlumatların
verilməsi;
-
Mütəmadi
ezamiyyətlərdə olmaq;
-
Bank
daxili işçi heyəti üçün nəzərdə tutulmuş digər prosedur qaydalarına riayət etmək;
-
Əmək
müqaviləsi, departamentin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bank
daxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa
funksiyaları icra edir;
-
Birbaşa
rəhbəri, İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və
bankdaxili komitələrin qəbul etdiyi qərarlardan irəli gələn tapşırıq və sərəncamların
qeyd-şərtsiz yerinə yetirir.
Tələblər
-
Nəzarət,
audit, risk və ya mikromaliyyələşmə sahəsində ən az 1 il iş təcrübəsi;
-
İqtisadi,
maliyyə və ya idarəetmə sahəsində ali təhsil;
-
Kompyuter
biliyi: Texniki-analitik bilik və bacarıqlar, Microsoft Excel;
-
Əla
səviyyədə Azərbaycan dili (Rus və ingilis dillərinin olması üstünlük təşkil
edir);
- Sürücülük vəsiqəsinin mövcudluğu;
-
Dəqiqlik,
detallara qarşı diqqətlilik;
- Komandada işləmık bacarığı;
-
Vətəndaş
qüsursuzluğuna malik olma.