Lənkəran filialına Kiçik Əməliyyatçı-kassir

Müraciət et

Ümumi məlumat

Kapital Bank namizədləri Lənkəran filialına kiçik əməliyyatçı-kassir vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Müştərilərə xidmət;

• Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank məhsullarının satışı;

• Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu;

• Ödəniş kartları üzrə əməliyyatların aparılması;

• Müştərilərin hesabları üzrə mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək;

• Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq;

• Gün ərzində hazırlanmış sənədləri müvafiq qaydada arxivləşdirmək və s.

Tələblər

• Ali təhsil;

• Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;

• Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;

• MS Office (Word, Excel) proqramları üzrə biliklər;

• Gərgin iş qrafikində işləmək bacarığı;

• Əla ünsiyyət bacarıqları;

• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti və s.

Səviyyə
Kiçik mütəxəssis / Mütəxəssis
Sahə
Müştəri xidmətləri
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
14 Oct
Yer
Lənkəran, Azərbaycan