Müştəri kommunikasiyaları üzrə layihə rəhbəri
Müraciət etÜmumi məlumat
Birbank-ın müştərilərimizlə
- mobil tətbiqdə, reklamda, çağrı mərkəzində və digər kanallarda ünsiyyət
qurmasına cavabdeh olacaq Müştəri kommunikasiyaları üzrə layihə rəhbəri axtarırıq. Biz müştərilərimizlə
mehriban, başadüşülən və səmimi üslubda danışmağı, xidmət və məhsullarımızın isə
hər bir azərbaycanlı üçün başadüşülən olmağını istəyirik.
Öhdəliklər
● Bankda
Birbankın əsas səsi olmaq: həmkarları yeni tərzdə yazmağa və danışmağa
ruhlandırmaq.
● Marketinq
və kommunikasiya sahəsində mühüm layihələrdə iştirak etmək: reklam
kampaniyalarına başlamaq, əsas mesajları formalaşdırmaq, mətn formatları və
üslub nümunələrini hazırlamaq.
● Marketinq,
dəstək, məhsul, satış və HR komandalarına mətnlərin və kommunikasiyaların
keyfiyyətini davamlı olaraq yaxşılaşdırmaqda dəstək olmaq.
● Bankın
bütün kanallar üzrə azərbaycan, rus və ingilis dillərində kommunikasiyalarında
ardıcıllığı təmin etmək.
● Həmkarları
brendin səsi ilə işləməyə öyrətmək.
● Brend
səsi haqqında bilikləri Birbankın işlədiyi partnyorlara və podratçılara ötürmək
və onların işinin nəticələrini brend səsi əsasında qəbul etmək.
● Müştərilər
və işçilər tərəfindən bank haqqında təsəvvürü təhlil etmək və Birbank Brend Səsini
inkişaf etdirmək.
Tələblər
●
Azərbaycan, rus və ingilis dillərini
mükəmməl bilirsiniz. Sizə müasir canlı dildə ünsiyyət qurmaq maraqlıdır.
●
Sizdə üslub və yumor hissi var. Müasir
həyatı yaxşı hiss edirsiniz və insanlarla ünsiyyətdən zövq alırsınız.
●
Sizə yazmaq, redaktə etmək və tərcümə
etmək maraqlıdır və bunu başqalarına da öyrədə bilərsiniz.
● Rabitə,
reklam və ya media sahəsində işləmisiniz. 5 ildən artıq təcrübəniz var.
● Böyük
ehtimalla siz filologiya, marketinq,
rabitə və ya reklam istiqaməti üzrə təhsil almısınız.
● Maliyyə
təhsili və ya bank təcrübəsinin olması mütləq deyil, müştərilərimizə məhsullarımız
haqqında necə danışdığımıza dair yeni bir yanaşmanın olması vacibdir.