Qazax rayon filialına kassa üzrə kiçik mütəxəssis

Müraciət et

Ümumi məlumat

Kapital Bank namizədləri Qazax rayon filialına Xidmət bölməsində  kassa üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Müştərilərə xidmət; • Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən bank məhsullarının satışı; • Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu; • Ödəniş kartları üzrə əməliyyatların aparılması; • Müştərilərin hesabları üzrə mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək; • Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq; • Gün ərzində hazırlanmış sənədləri müvafiq qaydada arxivləşdirmək və s.

Tələblər

• Ali təhsil; • Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır; • Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti; • Azərbaycan, İngilis və Rus dillərində sərbəst danışmaq bacarığı ; • MS Office (Word, Excel) proqramları üzrə biliklər; • Gərgin iş qrafikində işləmək bacarığı; • Əla ünsiyyət bacarıqları; • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti və s.
Səviyyə
Kiçik mütəxəssis / Mütəxəssis
Sahə
Müştəri xidmətləri
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
19 Oct
Yer
Qazax