Fəaliyyətin dəyərləndirilməsi və karyera inkişafı şöbəsinin aparıcı/baş mütəxəssisi
Müraciət etÜmumi məlumat
Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır.
Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz.
Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.
Rol haqqında
Böyük və mehriban kollektivimizə məsuliyyətli, diqqətli, yüksək motivasiyalı, yaxşı kommunikasiya bacarıqları ilə vahid komanda şəklində işləməyi bacaran namizəd axtarışındayıq. Kapital Bank əməkdaşlarının fəaliyyət dəyərləndirilməsini həyata keçirir, motivasiya ehtiyaclarını müəyyənləşdirir, nəticələri ilə işləyə bilir. Performansın idarə edilməsi üzrə layihələrimizdə iştirak edir, vəzifələr üzrə dərəcələndirmə və performans əsaslı karyera inkişafı sistemlərinin təkmilləşdirilməsində iştirak edir..
Bizimlə işləməyin üstünlükləri
● Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
● Multikultural mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk. Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.
● Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
● Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
● Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
● Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
● Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.
Öhdəliklər
-
Əməkdaşların fəaliyyət qiymətləndirilməsini həyata
keçirmək;
-
Əməkdaşların motivasiya ehtiyaclarını müəyyən etmək
və nəticələrlər iş;
-
Performansın idarə edilməsi üzrə layihələrdə
iştirak etmək;
-
Dərəcələndirmə və performans əsaslı karyera
inkişafı sisteminin həyata keçirilməsi və s
Tələblər
-
Ali (bakalavr/magistr) təhsil
-
İnsan resurslarının Performansın idarə edilməsi üzrə
və ya sahəyə müvafiq layihələrdə ən az 2 (iki) il iş təcrübəsi
-
MS Office, Excel və İnternet resursları ilə işləmə
bacarığı, SAP ilə işləmə təcrübəsi arzuolunandır
- Azərbaycan dili; İngilis və Rus dili (arzu olunandır)
- Vahid komandada işləmək qabiliyyəti
- Məsuliyyətli, diqqətli və yüksək motivasiyalı
- Yaxşı kommunikasiya bacarığı